Accessibility links

Fransua Olland: Adi müsəlmanlar fundamentalizmin qurbanlarına çevrilirlər


Fransa prezidenti Parisdə Ərəb Dünyası İnstitutunda çıxış edib

Fransa prezidenti Fransua Olland bildirir ki, adi müsəlmanlar radikal islamın əsas qurbanlarıdır.

Cənab Olland Parisdə ərəb mədəniyyəti və Parisin arasında yaxın əlaqələr qurmağa çalışan Ərəb Dünyası İnstitutunda çıxış edib. O bildirib ki, ötən həftə Charlie Hebdo satirik jurnalının ofisində baş verən hadisə insanların etibarını sarsıda bilər və onları “mesajlarını daha yüksəkdən çatdırmağa” vadar edə bilər.

“Radikal İslam özünü ziddiyətlərlə, təsirlərlə, yoxsulluqla, bərabərsizliklə və həll olunmayan münaqişələrlə kökləyib. Müsəlmanlar isə təəsübkeşliyin, fundamentalizmin və dözümsüzlüyün ilk qurbanlarıdır.”

“Biz həmçinin unutmamalıyıq, - mən səfər etdiyim ərəb ölkələrində də görürrəm, - islam demokratiya ilə uyğun gəlir və biz hər şeyi birləşdirib bir-birinə qarışdırmaqdan imtina etməliyik. Əsasən də biz unutmamalıyıq ki, Fransada yaşayan müsəlman fransızlar da digər vətəndaşlarla eyni haqlara və öhdəliklərə sahibdir”.

Çərşənbə günü ötən həftə hücum zamanı həyatlarını itirən iki nəfərin dəfn mərasimi keçirilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG