Accessibility links

Paris hücumlarının şübhəlisinin izləri Belçikada aşkar edilib


B

B

Bundan əlavə mənzildə partlayıcı maddələrin izləri də aşkar olunub.

Cümə günü Belçika polisi məlumat verib ki, onlar noyabrın 13-də Parisdə baş verən terror hücumunun əsas şübhəlisinin barmaq izlərini Brüsseldə bir mənzildə aşkar edib.

Belçikanın federal prokurorluğu bildirib ki, ötən ay keçirilən axtarış zamanı istintaqçılar Saleh Əbdislamın barmaq izlərini və partlayıcı maddələri daşımaq üçün nəzərdə tutulan üç dənə əldə hazırlanmış kəmər tapıb. Bundan əlavə onlar mənzildə partlayıcı maddələrin izlərini aşkar ediblər.

Prokurorluq sözçüsü deyib ki, Əbdislamın mənzilə daxil olub-olmaması bəlli deyil. Sözçü habelə yeni dəlillərin açıqlanmasının nə üçün bir ay ləngidildiyinə dair heç bir izahat verməyib.

Prokurorluğun bəyanatında dekabrın 10-da axtarışlar aparılan mənzilin saxta kimlik altında icarəyə götürüldüyünü və Paris hücumları ilə əlaqəli olaraq Belçikada həbs olunan 10 nəfərdən biri tərəfindən istifadə edildiyi bildirilir. İttihamçılar Əbdislamın hücumlardan sonra bu mənzildə gizləndiyini və ya hücumçuların mənzildən partlayıcı cihazlar düzəltmək məkanı kimi istifadə etdiyini güman edir.

Polis 130 nəfərin ölümü ilə nəticələnən Paris hücumlarından bəri Əbdislamı axtarır. Müstəntiqlər dostlarının şübhəli şəxsi maşınla Parisdən Brüsselə apardıqlarını, amma yolda yerləşən üç polis keçid məntəqələrində aşkar edilmədiyini deyib. Bir şübhəli şəxs Əbdislamı hücumlardan bir gün sonra Brüsselin Schaerbeek məhəlləsinə apardığını bildirib.

Cümə axşamı Fransa prezidenti Fransua Olland polis zabitlərinin xidmətdən kənarda silah daşımağa icazələrinin olacağını elan edib və təhlükəsizlik qüvvələrinə 5 min əlavə zabitin cəlb olunacağını bildirib.

XS
SM
MD
LG