Accessibility links

Belçika baş naziri Çarlz Mişel noyabrın 13-də Parisdə törədilmiş terror hücumunun başlıca şübhəlisinin dünən ələ keçirilməsini "demokratiya uğrunda döyüşdə vacib nəticə" adlandırıb.

Saleh Abdeslam Belçika paytaxtı yaxınlığındakı Molenbik şəhərində saxlanandan sonra Mişel Fransa prezidenti Fransua Ollandla birgə Brüsseldə jurnalistlərə açıqlama verib. Olland Avropa Birliyi liderləri ilə görüşmək üçün Brüsseldə idi.

Rəsmilər deyir ki, Abdeslam ayağından xəsarət aldığı üçün hospitala yerləşdirilib. Onun qarşıdakı günlərdə Fransaya ekstradisiya olunacağı gözlənilir.

Belçika immiqrasiya naziri Teo Franken Twitterd' "Biz onu tutduq" yazaraq həbsi təsdiq edib.

Belçika televiziyasında gedən video-sujetdə polisin ağ paltarlı bir kişini polis maşınına əyləşdirdiyi görünüb. Hökumət sözçüsü reyd zamanı saxlanan digər şəxsin isə Munir Əhməd Alaaj olduğunu və yaralandığı üçün onun da xəstəxanaya yerləşdirildiyini bildirib.

Belçika rəsmiləri keçən həftə qonşu məhəllədə keçirdikləri reyd zamanı şübhəli barmaq izləri aşkar etmişdilər.

XS
SM
MD
LG