Accessibility links

Fransa prezidenti Fransua Olland Beynəlxalq Valyuta Fondunun Paris ofisində baş verən partlayışı terror aktı adlandırıb.

O, bunu Tulon şəhərinə səfəri zamanı jurnalistlərə söhbət zamanı deyib.

“Terror aktı ilə üzləşmişik, söhbət partlayıcı bağlamadan gedirsə, başqa söhbət yoxdur”, deyə Olland vurğulayıb.

Prezident vəd edib ki, hakimiyyət təşkilatçıların tapılması üçün bütün mümkün imkanlara əl atacaq.

Faktla bağlı istintaq aparılır.

Kristin Laqard

Kristin Laqard

İnsident martın 16-da baş verib, Fondun Paris ofisinin əməkdaşınını əlində bağlama partlayıb.

Nəticədə o, yüngül kontuziya və xəsarət alıb.

Dağıntı qeydə alınmayıb. Polis ofis işçilərini təcili evakuasiya edib.

BVF-nun direktoru Kristin Laqard hücumu zorakılığın vəhşi forması kimi qiymətləndirib. O, Fransanın səlahiyyətli nümayəndələri ilə əməkdaşlı yolu ilə qurumun işçilərinin təhlükəsizliyinin təmin ediləcəyini deyib.

Beynəlxalq Valyuta Fondunun Paris ofisinə məktub bombası Almaniyanın Maliyyə Nazirliyinə partlayıcılarla dolu bağlama göndırilməsindən bir gün sonraya təsadüf edir. Bağlama polis tərəfindən zərərsizləşdirilib.

Bu iki insident arasında bağlılıq olub-olmadığı məlum deyil.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG