Accessibility links

3 kürd fəalın ölümü ilə bağlı qətl və terrorizm ittihamları ilə cinayət işi qaldırılıb


Bu ayın əvvəllərində Parisdə qətlə yetirilən 3 qadın kürd fəalı ilə bağlı qətl və terrorizm ittihamları ilə cinayət işi başlayıb.

Qadınların birinin öülümündə 30 yaşlı türk sürücü günahlandırılır. O, keçən həftə etnik bir kürdlə bərabər nəzarət altına alınıb. Prokurorluq ona qarşı bü gün keçirilən məhkəmə prosesi zamanı ittiham irəli sürüb.

Nəzarət altında olan digər şəxs azad edilib.

Səkinə Cansız, Fidan Doğan və Leyla Söylemezin cəsədləri yanvar ayının 10-da Parisdəki Kürd İnformasiya Mərkəzində aşkar edilib. Səkinə Cansızın Kürdüstan Fəhlə partiyası-PKK-nın üzvüdür .

Türkiyə qətllərin hökumətlə həbsdə olan PKK lideri Abdulla Öcalan arasındakı danışıqlarla əlaqəsi olduğunu deyir. Kürd fəalları isə qətllərin türk exstremistləri tərəfindən törədildiyini deyirlər.
XS
SM
MD
LG