Accessibility links

Paris hücumçusu müstəntiqlərə ifadə verməkdən imtina edir


Parisin Luvr muzeyi qarşısında mühafizəçilərə hücum edən şəxs müstəntiqlərə ifadə verməkdən imtina edir.

Onun atası Associated Press-ə oğlunun terrorçu olmadığını bildirib.

"Onun heç vaxt heç kimlə problemi və ya siyasi baxışları olmayıb''-deyə Reza Refai Əl Həməhmi bildirib. O, oğlunun Birləşmiş Ərəb Əmirliklərində işlədiyini və Avropaya işi ilə bağlı səfər etdiyini deyib.

Onun heç vaxt heç kimlə problemi və ya siyasi baxışları olmayıb

Parisin Luvr muzeyi hücumdan 24 saat sonra şənbə günü yenidən ictimaiyyətə açılıb.

Cümə günü muzeyi yaxınlığında patrul xidməti üzvlərinə "Allahu-Əkbər" deyərək bıçaqla hücum edən şəxs güllələnib.

Əsgərlərin 5 dəfə atəş açması ilə nəticələnən hadisə terror aksiyasına cəhd kimi qiymətləndirilir. Ticarət mərkəzinin qarşısında yaşanan bu səhnəni rəsmilər ölkənin təhlükə altında olduğuna daha bir işarə adlandırıb. Fransa 2015-2016-cı illərdə dəfələrlə ekstremist hücumlarına məruz qalıb.

ABŞ prezidenti Donald Twitter hesabında yazıb ki, Parisin Luvr muzeyi radikal islamçı terroruna məruz qalıb. Turistlər muzeydə gizlənməli olub. "Fransa yenə də əsəb keçirir. ABŞ, AĞILLI OL," o yazıb.

Misirin Daxili İşlər Nazirliyi onun Misirdə doğulan 28 yaşlı Abdulla Reza Refai Əl-Həmahmi olduğuna dair The Associated Press-in məlumatını təsdiq edib.

Əl-Həmahminin atası Dubayın Əl-Hədət kanalına müsahibəsi zamanı deyib ki, oğlunun bu əməli onu şoka salıb.

Fransa rəsmilərinin bildirdiyinə görə, o, mədə nahiyəsindən yaralanıb. Polis idarəsinin rəisi Mişel Kado bildirib ki, hücumçunun huşu üstündədir. Əsgərlərdən biri yüngül xəsarət alıb.

Yoxlanışlar zamanı onun çantalarından heç bir partlayıcı qurğu aşkar edilməyib.

Özünü şübhəli aparan ikinci şəxs nəzarət altına alınıb.

XS
SM
MD
LG