Accessibility links

Vaxtilə insanların heyvanlar kimi nümayiş etdirildiyindən bəhs edən sərgi VIDEO

  • Nərminə Cəlalqızı

Vaxtilə insanların heyvanlar kimi nümayiş etdirildiyindən bəhs edən sərgi VIDEO

Vaxtilə insanların heyvanlar kimi nümayiş etdirildiyindən bəhs edən sərgi VIDEO

Avropada insanların nümayişinə hələ 15-ci əsrdən başlandığı deyilir

Parisin Du Ki muzeyindəki eksponatlar insanların heyvanlar kimi nümayiş etdirilməsi, ya da insan zooparklarından bəhs edir. Muzeyin kuratoru Nanet Snop avropalıların insanların nümayişinə hələ 15-ci əsrdən başladıqlarını deyir. “O vaxtlardan bəri Afrika, Asiya, Amerika və Okeaniya ölkələrdinən daha çox uşaq, qadın və kişiləri gətirib, sirklərdə, yarmarkalarda, sirklərdə nümayiş etdirirdilər.”

9-cu əsrdə və 20-ci əsrin əvvəllərində "İnsan zooparkları" adlanan belə tamaşalar Avropa və Birləşmiş Ştatlarda çox populyar idi və yaxşı gəlir gətirirdi. İnsanlar əsasən Cənubi Afrika kimi müstəmləkə ölkələrindən gətirilirdi. Bunlardan biri Hottentotlar tayfasından olan və 1800-cü illərin əvvəllərində Avropada “Hottentotlar Venerası” adı ilə nümayiş etdirilən qadın idi. Altı il sonra isə həmin qadın ölür.

Qərb ictimaiyyəti insanların qəribə görünüşündən zövq alırdı.

Bu sərgini Fransanın məşhur sabiq futbolçusu, irqçiliklə mübarizə fəalı Lilian Türam təşkil edib. “Bu sefalometr adlanan cuhazdır. Bundan insanların kəllə sümüyünü ölçmək üçün istifadə edilirdi. Alimlər insanların yüksək və ya aşağı irqə məxsus olduqlarını deyirdilər.” - deyə, o bildirir.

Türam keçmiş alimlərin nəzəriyyələrinin bu gün bizə irqçiliyin nə demək olduğunu anlatdığını deyir. “Ağdərililər yüksək səviyyəli irq sayılırdı. Qaradərili insanlar isə meymunabənzər canlılar kimi qəbul edilirdi.”

İnsanların nümayiş etdirilməsinə maraq 1930-cu illərdə, kino-filmlər və digər əyləncə formaları artdığı vaxt sona çatdı. Buna baxmayaraq, mövhumatçılıq hələ də qalır. Türam belə sərgilərin insanları mənfi rəylərdən çəkindirməyə şövq edə biləcəyinə ümid edir.

XS
SM
MD
LG