Accessibility links

190 ölkədən nümayəndə heyətləri Paris sammitində iqlim razılığının yekun layihəsini yekdilliklə təsdiq edib.

Təşkilatçılar iki həftə davam edən sammit çərçivəsində qlobal istiləşməyə yol açan istixanə qazlarının azaldılmasını nəzərdə tutan sənədin təsdiq ediləcəyinə ümid bəsləyirdi. 43 səhifəlik layihə müzakirələrdən sonra 31 səhifəyə endirilib.

“Son artıq görünür. Dünyanın gözü bizdədir” –deyə BMT-nin baş katibi Ban Gi Mun bildirib.

O deyib ki, indi dövlətlərin marağının qlobal maraqlarla qorunması vaxtıdır.

Son artıq görünür. Dünyanın gözü bizdədir

Fransanın xarici işlər naziri Loren Fabye dünya ictimaiyyətini razılığın təsdiqinə çağırıb. Nazir iqlimlə bağlı sənədi ədalətli, qanuni və ambisioz adlandırıb.

Yekun sənəddə yer almayan məsələlərdən biri zəngin və yoxsul ölkələrin iqlim dəyişikliyi proqramlarının ödəniş məsuliyyətini paylaşması olub.

ABŞ prezidenti Barak Obama iqlim sammitini dönüş nöqtəsi adlandırıb.

Razılıq layihəsinin hazırlamasında böyük rolu olan ABŞ dövlət katibi Con Kerri Amerikanın iqlim investisiyalarının iki dəfə artırılaraq 800 milyona çatdırılacağını bəyan edib.

Sənəddə 2020-ci ilədək yoxsul ölkələrin iqlim maliyyələşdirilməsi üçün 100 milyard dollarlıq vəsaitin toplanması qarşıya məqsəd qoyulub.

Sənəd Hindistan, Çin, Səudiyyə Ərəbistanı və Malayziyanın etirazı ilə qarşılanıb. Onlar sənayesi yüksək inkişaf etmiş ölkələrin daha artıq məsuliyyəti boynuna götürməsini istəyir.

XS
SM
MD
LG