Accessibility links

Fransanın paytaxtı Parisin Orli hava limanında hərbçinin silahını almağa çalışan 39 yaşlı Fransa vətəndaşı güllələnərək öldürülüb. Başqa şübhəlilərin ola biləcəyinə görə, aeroportun iki terminalı bağlanıb. Sərnişinlər evakuasiya edilib, uçuşlar təxirə salınıb.

Şahidlər bildirib ki, şübhəli öldürülməmişdən əvvəl bir hərbçini girov götürüb. Şahidlər silah səsləri eşitdiklərini də deyiblər.

Deyilənə görə, o, bir polis zabitinə atəş açaraq yaralayıb, insanları hədələyərək, maşın oğurlayıb və hava limanına yola düşüb.

Polis zabitinin başından yüngül yara aldığı bildirilir.

Fransanın Daxili İşlər Nazirliyi bildirib ki, şübhəli öldürülməmişdən əvvəl bir mağazaya girib. Nazirlik hadisə vaxtı heç kimin yaralanmadığını bildirib.

Orli hava limanı Fransanın ikinci ən böyük aeroportudur. Burada Avropa və Afrikaya çox sayda uçuşlar həyata keçirilir.

Keçən il Fransada baş verən terror hadisələri nəticəsində 200-dən çox adam ölüb. O vaxtdan ölkədə fövqəladə vəziyyət davam edir.

XS
SM
MD
LG