Accessibility links

İslam Dövləti qrupu Parisdə terror hücumlarının məsuliyyətini öz üzərinə götürüb


İslam Dövləti militant qrupu Paris şəhərində altı yerdə 127 insanın ölümü ilə nəticələnən terror hücumlarının məsuliyyətini öz üzərinə götürüb. Avtomat silahlar və partlayıcılarla doldurulmuş gödəkçə geymiş hücumçuların terror aktları nəticəsində 200-dən çox insan yaralanıb.

Terrorçu qrup açıqladığı bəyanatda hücumların İslam Dövləti qrupuna qarşı hava hücumlarına cavab olaraq həyata keçirildiyini bildirib. Qrup eyni zamanda, Fransanın siyasətini dəyişmədiyi halda daha çox hücumların törədiləcəyinə dair hədə ilə bağlı video açıqlayıb.

​Videoda "Fransanın hücumlardan dərs almalı olduğu" və ölkənin "İslam Dövləti qrupunun hədəfləri siyahısında başda yer aldığı" deyilir.

Fransa prezidenti Fransua Olland nazirlər kabinetinin fövqəladə iclasından sonra

Fransa prezidenti Fransua Olland nazirlər kabinetinin fövqəladə iclasından sonra

Fransa prezidenti Fransua Olland hücumlardan sonra ölkədə üç günlük matəm elan edib. Fransa lideri Parisdə terror gecəsinə görə İslam Dövləti qrupunu ittiham edib və hücumları müharibə aktı adlandırıb.

Fransua Olland nazirlər kabinetinin fövqəladə iclasını keçirib. Fransanın təhlükəsizlik qüvvələri ən yüksək hazırlıq vəziyyətinə gətirilib.

Fransada fövqəladə vəziyyət elan edilib. Səkkiz terrorçu öldürülüb, lakin Paris ətrafında daha çox yaraqlının ölub-olmadığı bilinmir.

Fransa prezidenti Paris sakinlərini evə qalmağa çağırıb. Şəhərdə mağazaların çoxu bağlanıb, təhlükəsizliyin təmin olunması üçün 1500 nəfərən ibarət əsgəri qüvvə Paris küçələrinə yerləşdirilib.

Polis qüvvələri Paris küçələrində keşik çəkir

Polis qüvvələri Paris küçələrində keşik çəkir

XS
SM
MD
LG