Accessibility links

Fransa polisi ölkənin hər yerində keçən ay Parisdə İslam Dövləti qrupunun məsuliyyətini öz üzərinə götürdüyü terror hücumları ilə əlaqədar reydlərin davam etdiyi zamanı paytaxt yaxınlığında 29 yaşlı şübhəlini həbs edib. Bu haqda Fransa mediası məlumat verib.

Fransa rəsmilərinin bildirdiyinə görə, 130 adamın ölümü, 350 adamın yaralanması ilə nəticələnmiş hücumlarla bağlı təhqiqatın bir hissəsi olaraq, polis 2700 reyd keçirib və 360 adamı ev dustağı edib.

Parisin baş prokurorluq idarəsindən bildirilib ki, polis Fransanın şimal bölgəsində yanvar ayında super marketdə hücumçunu oldu silahla təmin etməkdə şübhəli bilinən bir qadın və bir kişini həbs edib. Bu həbslər Parisdə Çarli Hebdo satirik jurnalı və supermarketə 17 adamın ölümülə nəticələnmiş hücumlardan bir ilə yaxın vaxt keçdiyi zaman edilib.

Keçən ay Paris hücumları ilə əlaqədar səkkiz nəfər Belçikada həbs edilib. Terror hücumlarının Belçikada planlaşdırıldığına inanılır. Hücumların baş verdiyi konsert zalı, barlar və restoranlarla bağlı məlumatlar toplamaqda şübhəli bilinən bir nəfər isə Türkiyədə saxlanıb.

Doqquz hücumçudan üçünün şəxsiyyəti hələ müəyyən edilməyib. Buraya Stade de France stadionunun qarşısında özünü partladan üç intharçıdan biri daxildir. Restoranlar və bistrolarda atışmada iştirak etməkdə şübhəli bilinən şəxsiyyəti müəyyən edilməmiş üçüncü hücumçu noyabrın 18-də polislə atışma zamanı qətlə yetirilib.

Terror hücumlarının təşkilində əsas rol oynamaqda şübhələnilən 26 yaşlı Fransa vətəndaşı isə hələ də beynəlxalq axtarışdadır.

XS
SM
MD
LG