Accessibility links

Paris terrorunda ölən 3 polis Şərəf Legionuna layiq görülüb [Fotoqalereya]


Bu gün hadisə qurbanları ilə vida mərasimi keçirilib

Keçən həftə Paris terror hücumundə qətlə yetirilən 3 fransız polis zabitinin ailə üzvləri bə həmkarları bu gün onları son mənzilə yola salıb.

Fransa prezidenti Fransua Oland bu gün ölümündən sonra Şərəf Legionu ordeninə layiq görülən 3 zabitlə vida mərasimində iştirak edərək onların qəhrəmanlıqlarını yüksək qiymətləndirib.

"Onların sayəsində azadlıq vəhşilik üzərində qalib gəlib" - deyə Fransa prezidenti bildirib.

Fransa ilə yanaşı bu gün Qüdsdə də keçən həftə terror qurbanı olan 4 yəhudinin dəfn mərasimi keçirilib.

Hadisədən sonra bu gün ilk dəfə toplaşan Fransa Milli Şurası da növbədənkənar sessiyasında Paris terrorunun 17 qurbanını 1 dəqiqəlik sükutla yad edib.

XS
SM
MD
LG