Accessibility links

Parisdə siyasi mühacirlər etiraz edib


Parisdə aksiya (Foto Facebook-da Agil Khalil-in səhifəsindən götürülüb )

Parisdə aksiya (Foto Facebook-da Agil Khalil-in səhifəsindən götürülüb )

Parisdə “Pale Royal” meydanında açılan “Azərbaycan şəhərciyində” sentyabrın 6-da Azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib.

Turan agentliyinin məlumatına görə, bir qrup Azərbaycandan olan mühacir stendlərə Azərbaycandakı siyasi məhbusların fotoşəkillərini yapışdırıb və bu problem haqqında parislilərə məlumat verib. Xüsusən, jurnalistlər Xədicə İsmayılova, Seymur Həzi, hüquq müdafiəçiləri İntiqam Əliyev, Rəsul Cəfərov, Leyla və Arif Yunus, Anar Məmmədlinin şəkilləri yerləşdirilib.

“Azərbaycan şəhərciyi” sentyabrın 9-dək fəaliyyət göstərəcək.

XS
SM
MD
LG