Accessibility links

İlkin məlumatlara görə Parisdə terror qurbanları arasında azərbaycanlı yoxdur


France Paris Shooting

France Paris Shooting

Azərbaycan səfirliyi Parisdə törədilən terror aktı zamanı xəsarət alanların arasında Azərbaycan vətəndaşlarının olub olmadığını araşdırır.

İlkin məlumatlara görə, zərərçəkənlərin və həlak olanların arasında azərbaycanlılar yoxdur. Lakin Fransa hakimiyyəti hələlik həlak olanların və xəstəxanaya yerləşdirilənlərin tam siyahısını açıqlamayıb.

Azərbaycan diasporundakı mənbələr yerli mediaya bildirib ki, öz kanalları və sosial şəbəkələr vasitəsilə məsələni araşdırırlar. Belə ki, yerli azərbaycanlılar Facebook-da şəbəkə yaradaraq tanışlar vasitəsilə bir-birlərini məlumatlandırırlar.

Qeyri-rəsmi məlumatlara görə, Parisdə daimi və müvəqqəti olaraq bir neçə min etnik azərbaycanlı yaşayır. Onların çoxu yerli vətəndaşlığı qəbul edən azərbaycanlılardır. Həmçinin İrandan olan etnik azərbaycanlılar da çoxdur.

Həm də Paris Azərbaycandan çoxsaylı turistin getdiyi populyar şəhərlərdən biridir.

Azərbaycan Xarici İşlər Nazirliyi də (XİN) Fransada olan Azərbaycan vətəndaşlarına müraciət edib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Fransada baş verən silsilə terror aktları ilə əlaqədar olaraq Azərbaycan vətəndaşlarına fövqəladə vəziyyət rejiminin bütün tələblərinə ciddi riayət etmələri israrla tövsiyə olunur.

“Xarici İşlər Nazirliyinin təlimatı əsasında Azərbaycanın Fransadakı səfirliyi bu ölkədə törədilmiş terror hücumları nəticəsində həlak olan və ya xəsarət alanlar içərisində Azərbaycan vətəndaşlarının olub-olmaması məsələsini Fransa XİN və digər müvafiq dövlət qurumları ilə təmasda olaraq araşdırır.

Nazirlik hazırda Fransada olan Azərbaycan vətəndaşlarına bu ölkədə elan edilmiş fövqəladə vəziyyət rejiminin tələblərinə riayət etmələri, kütləvi yerlərdən kənar durmaları tövsiyə olunur.

XS
SM
MD
LG