Accessibility links

Parisdə Liviyadakı duruma dair beynəlxalq konfrans keçirilir

  • Amerikanın səsi

Parisdə Liviyadakı duruma dair beynəlxalq konfrans keçirilir

Parisdə Liviyadakı duruma dair beynəlxalq konfrans keçirilir

Parisdə təşkil olunan konfransda 60-dan çox ölkənin rəsmisi iştirak edir. Bu sıraya üsyançıların hökumətini hələ tanımamış ölkələr də daxildir.

Rəsmilər Milli Keçid Şurasının rəhbəri Mustafa Əbdül Cəlilin yeni konstitutsiya və seçkilərə aparacaq 18 aylıq yol xəritəsi açıqlayacağını gözləyirlər.

Fransa bildirir ki, BMT Təhlükəsizlik Şurasının sanksiyalar komitəsinə müraciət etdikdən sonra Liviyanın yeni hökumətinə 2 milyard dollar verəcək.

Avropa İttifaqının diplomatları konfrans əsnasında Milli Keçid Şurasına dəstək məqsədilə dondurulmuş maliyyə vəsaitlərinin yeni hökumətə veriləcəyinə ümidlərini izhar ediblər.

Fransa prezidenti Nikola sarkozi və Britaniyanın baş naziri Deyvid Kametronun ev sahibliyi etdiyi toplantıya BMT-nin baş katibi Ban Ki Mun,NATO-nun baş katibi Anders Fog Rasmussen və ABŞ dövlət katibi Hillari Klinton da qatılıb.

Rusiya və Çinin yığıncaqda iştirak edən nümayəndələri NATO-nun Liviyadakı hərbi missiyasına etirazını bildirib. Rusiya Liviyanın Milli Keçid Şurasını legitim orqan kimi tanıdığını bəyan edib.

"Liviyanın dostları" adlı konfrans Milli Keçid Şurasının beynəlxalq platformaya çıxmasına yardım edir.

Liviya prezidenti Müəmmər Qəzzafi isə təslim olmayacağına və mübarizəsini davam etdirəcəyinə and içib.

XS
SM
MD
LG