Accessibility links

Parisdə dəhşətli terror hücumundan bir il ötür [Video]


Parisdə dəhşətli terror hücumundan bir il ötür
please wait

No media source currently available

0:00 0:01:32 0:00

Bazar günü Fransada ötən ilin noyabrında baş verən ən dəhşətli terror hücumlarından bir il ötür. Bu, son aylarda ölkəni sarsıdan bir sıra cihadçı hücumlarından biridir. Ötən ilin noyabrın 13-də Parisdə koordinasiya olunmuş hücumlar nəticəsində 130 nəfər ölüb, onlarla insan isə yaralanmışdı. Ən çox ölü sayı şəhərdə yerləşən Bataklan konsert zalında baş verən hücumda olmuşdu. Şənbə günü rok müğənnisi Sting orada konsert verəcək. Konsertdən əldə olunan gəlir isə qurbanların yaxınlarına veriləcək.

Bataklanda yenidən konsert keçirilir. Zalı mügənni Stingin konserti ilə birlikdə qapılarını ictmaiyyətə yenidən açır.

Terrorizm dəhşətlidir, çünki insanların etimadını sardıdır
Dominik Szepielak

Konsert ötən il bu zalda 90 nəfərin ölümünə səbəb olan terror hücumlarının olduğu səhifəni bağlamağa yardım məqsədi daşıyır.

Səlim Dceqlul şəhərin daha xoşbəxt vaxlarını yadına salır:

“Mən bu hücumlara görə kədərliyəm, çünki Bataklan işçilərini tanıyıram və oradakı ab-havanı çox sevirdim”, deyə Paris sakini Səlim Cenqlul bildirir.

Bir çox baxımdan Paris normal halına geri dönüb. Anti-terror qraffiti və yürüşləri artıq geridə qalıb.

Terrorçuarın hücum etdiyi digər yerlərdə bərpa işləri aparılıb və yenidən ictimaiyyətə açılıb. Lakin ötənilki hücum və bu ilin iyul ayında Nitsa şəhərində böyük və uşaqların ölümü ilə nəticələnən hücumun buraxdığı emosional izlər hələ də qalır.

Bataklan konsert zalı
Bataklan konsert zalı

“Terrorizm dəhşətlidir, çünki insanların etimadını sardıdır", deyə psixoloq Dominik Szepielak bildirir.

Paris sakini Stefan Dantierin cihadçıların hədəf aldığı iki yerin önündə restoranı var.

“Hücumlardan sonra məhəllə bir çox şey etmək üçün səfərbər oldu. Bu möhtəşəm idi. Amma Nitsa hücumu yaraların üstünü yenidən açdı",deyə o bildirir.

Bazar günü Dantier digər Paris sakinləri ilə birlikdə qurbanların xatirəsinə kağız fənərlər yandıracaq. O deyir ki, bu məhəllənin daha öncəki vəziyyətə dönməsi uzun zaman alacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG