Accessibility links

Park demokratiyası-Forumlar


Türkiyədə hökumətə qarşı nümayişçilər parkları mübarizə meydanına çevirib. Hər gecə yüzlərlə, bəzən minlərlə insan parklara toplaşaraq, siyasi məsələləri müzakirə etdikləri “park forumu” təşkil edir. Bu forum ötən ay Gezi parkı hadisələrindən sonra yaranıb.

Forumun təşkilatçılarından biri, təqiblərdən ehtiyat edərək üzünü yalnız Zeynəb kimi təqdim edən qadın hökumətə qarşı son aksiyalarla bərabər forumun demokratiya və tolerantlıq rəmzi olduğunu deyir. “Park forumlarında müzakirələr və çıxışlar edilir. Müxtəlif məsələlər gündəmə gətirlir. Qədim yunanlar da belə forumlar keçirib. Türkiyə parklarında türklər, kürdlər, fundamentalistlər və ya Kamalçılar toplaşır. Onlar dava etmir, müzakirə keçirir. Mühüm olanı da budur.”
Forumlarda iştirak edənlər demokratik dəyişiklik uğrunda mübarizə aparanlardır

Forumlarda heyvan hüquqlarından tutmuş, abort, dinin cəmiyyətdəki rolu kimi geniş əhatəli məsələlər müzakirəyə çıxarılır. Bu tədbirlərə başıörtülü mühafizəkar qadınlar belə toplaşır. İştirakçıların biri forumları ölkədə hərbi hökumətin irsinə son qoyulması kimi qiymətləndirir. "Bu forumlarda iştirak edənlər demokratik dəyişiklik uğrunda mübarizə aparanlardır. 1980-ci illərin hərbi çevrilişindən sonra insanlar siyasətdən uzaqlaşmış, siyasi müzakirələrdən kənarlaşmışdı. Forumlar indi diskussiya şəbəkələri olub. "

Forum iştirakçıları bir qrup naməlum şəxslərin hücumlarına məruz qalır. Hətta şəhər valisi bu tədbirləri pisləyir. Hələ ki, hücumlara görə məsuliyyətə cəlb edilən yoxdur. Mülki geyimli polis işçiləri aksiyaların monitorinqini keçirir.

İstanbulun Bahçeşehir Universitetinin siyasi elmlər üzrə alimi Cengiz Aktar forumları Türkiyədə mühüm dəyişiklik siqnalı adlandırır. "İndi yeni bir siyasi hərəkat baş qaldırıb. Bu demokratiyadır. İnsanlar səslərini ucaldır, təşkilatlanır, məmurların qərarlarına qarşı çıxır. Gələn aylar və ya illər təməlli dəyişiklik gətirəcək."

Forumlar hökumətə qarşı etiraz kimi də qiymətləndirilir. Forumun təşkilatçısı Zeynəbin dediyinə görə, gələn il keçiriləcək yerli və prezident seçkiləri öncəsi forumlar etiraz aksiyası mahiyyəti daşıyır. "Bizim məqsədimiz hökumətin oyunlarına yol verməməkdir. Biz təşkilatlanırıq. Məqsəd inqilab etmək deyil. Məqsəd bu hökumətin bir daha seçilməməsidir."

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan artıq kampaniyalarına başlayıb, ölkə boyu yürüşlər və görüşlər keçirir.

Təhlilçilərin fikrincə baş nazirin kampaniyası etirazçıların birliyini daha da möhkəmləndirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG