Accessibility links

Samsung holdinqin sahibinin varisi siyasi qalmaqalla bağlı məsələdə təqsirsiz olduğunu elan edib


Cənubi Koreyada Samsung holdinqin sahibinin varisi prezident Park Geunhyunun impiçmentinə gətirib çıxaran siyasi qalmaqalla bağlı məsələdə təqsirsiz olduğunu elan edib.

Li Cae-yonqun vəkili çərşənbə günü məhkəmədə onun müdafiəsinə başlayıb. 48 yaşlı Samsung Electronics şirkətinin sədr müavini ötən ay rüşvətxorluq, yeyinti, korrupsiya və yalançı şahidlik kimi ittihamlarda təqsirli bilindikdən sonra həbs edilib.

Prokurorlar hökumətın Samsungun iki filialının birləşdirilməsi kimi təssübkeş qərarı qarşılığında Li-nin Çoi Sun-silin iki şübhəli qeyri-kommersiya fonduna milyonlarla dollar verdiyini deyib.

Şirkət filiallarının birləşdirilməsi Li-yə holdinqi xəstə atasından ala bilməsinə yol açacaq.

Konstitusiya məhkəməsi impiçmenti dəstəkləsə, Park Cənubi Koreyanın vəzifəsindən kənarlaşdırılan ilk demokratik yolla seçilmiş prezidenti ola bilərdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG