Accessibility links

Qərb mətbuatı Azərbaycanda parlament seçkiləri haqqında yazır


Azərbaycanda parlament seçkiləri

Azərbaycanda parlament seçkiləri

Reueters bir sıra xarici mətbuat orqanlara seçkiləri işıqlandırmaq üçün akkreditasiya verilmədiyini bildirib

Bazar günü Azərbaycanda parlament seçkiləri keçirilib. Bir çox müşahidəçilər seçkilərin azad və ədalətli olmadığını bildirib. Seçkilərdəki çatışmazlıqlar xarici mətbuatda da işıqlandırıb.

The New York Times qəzeti "Azərbaycanın hakim partiyası seçkilərdə qalib gəldi, müşahidəçilər isə çatışmazlıqların olduğunu deyir" başlıqlı yazı dərc edib:

Bazar günü keçirilən seçkidə hökümət tərəfdarlarının qalib gəlməsi ilə Azərbaycan Prezidenti İlham Əliyev neft istehsal edən ölkə üzərində hakimiyyəti əlində saxlamış oldu. Müxalifət seçki nəticələrinə etiraz edir, müşahidəçilər isə demokratik çatışmazlıqların olduğunu qeyd edir.

Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən hakim Yeni Azərbacan Partiyası 125 üzvlük təkpalatalı parlamentin 69-nu ələ keçirib, geri qalanı isə bir sıra hökümətyönlü balaca partiyaların nümayəndələri və müstəqil namizədlər tərəfindən ələ keçirilib.

Seçkilərdə 2 min xarici müşahidəçi monitorinq aparıb. Avropa Şurasının Parlament Assamleyasının (AŞPA) 28 üzvlük nümayəndəsi seçkilərin beynəlxalq standartlara uyğun gəldiyini desə də, bir çox digər müşahidəçi bunun əksini söyləyib.

Buna baxmayaraq AŞPA Azərbaycan rəsmilərini “seçkidən sonra insan haqları vəziyyətini yaxşılaşdırmağa və ölkənin demokratik inkişafını davam etdirməyə” çağırıb.

Monitorinq missiyanın üç üzvü isə ayrı bəyanat verərək “bu seçkiləri azad, ədalətli və demokratik seçkilərə doğru addım olaraq qiymətləndirə bilməyəcəklərini deyib.”

Qərb hökümətləri Azərbaycana qarşı insan haqları pozuntularına dair tənqidlərinin strateji mülahizələrlə balanslayır.

Reuters xəbər agentliyinin Azərbaycanın hakim partiyası parlament seçkilərində qalib gəldi adlı məqləsində yazılır:

Bazar günü Azərbaycanda keçirilən parlament seçkilərində prezident İlham Əliyev tərəfdarları qalib gəldi.

Hakim Yeni Azərbaycan Partiyasının nümayəndələri 125 üzvlük parlamentdəki yerlərin əksəriyyətini ələ keçirib. Bunu bazar ertəsi Mərkəzi Seçki Komissiyası bildirib.

Yerlərin digərlərini isə hökümətə sadiq balaca partiyaların nümayəndələri və müstəqil namizədlər ələ keçirib.

Bu qalibiyyət cənab Əliyevin İran, Rusiya və Türkiyə arasında yerləşən və 9 milyonluq əhalisi olan ölkə üzərindəki hakimiyyətini Qərbin islahatlar çağırışlarına qarşı daha da gücləndirir.

Hakim partiya səsvermə qurtarandan bir az sonra qələbəsini elan edib. Yerli və xarici şirkətlər tərəfindən aparılan exit pollar da hakim partiyanın qalib olduğunu göstərib.

İnsan Haqları qrupları höküməti müxalif səsləri boğmaqda ittiham edir, müxalifət isə təqib olunmaqdan və seçki kampaniyalarına qarşı böyük məhdudiyyətlərin tətbiq olunmasından şikayət edir.

Müsavat və digər müxalif partiyalar seçkiləri boykot edib.

Bu həftənin əvvəli isə Human Rights Watch təşkilatı Azərbaycan hakimiyyətinin 2014-cü ildə azı 35 jurnalist və insan haqları fəallarını həbs etdiyini və təqiblərin sürətlə davam etdiyini bildirib.

ATƏT təşkilata qarşı tətbiq olunan məhdudiyyətlər səbəbilə seçkiləri müşahidə etməyib.

Bazar günü heç bir açıqlama vermədən seçki məntəqəsini tərk edən Azərbaycan prezidenti daha sona ATƏT-in seçkiləri müşahidə etməmək qərarının “qəbulolunmaz” olduğunu deyib.

Reuters daxil olmaqla bir sıra xarici mətbuat orqanlarının jurnalistlərinə seçkiləri işıqlandırmaq üçün akkreditasiya verilməyib. Xarici İşlər Nazirliyi bunu texniki problemlərlə əlaqələndirib.

XS
SM
MD
LG