Accessibility links

Azərbaycanda noyabrın 1-i keçirilən parlament seçkiləri bu gün saat 19:00-da başa çatıb .

125 yer uğrunda 767 deputatlığa namizədin mübarizə apardığı seçkilər başlıca müxalifət partiyaların səsverməni boykotu ilə yadda qalıb.

Səhər saat 8:00-da səsverməyə start verilib, saat 19:00-da isə səsvermə bitib.

Ölkədə seçicilərin ümumi sayı isə 5 198 658 nəfərdir.

Seçkilərdə müşahidə aparmaq üçün ümumilikdə 66 min müşahidəçinin qeydiyyatdan keçdiyi bildirilsə də, ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Ofisi (ODİHR), parlament seçkilərini müşahidə missiyasını ləğv etməyə məcbur olub.

XS
SM
MD
LG