Accessibility links

Parlament seçkilərində mühafizəkarlar yerlərin əksəriyyətini qazanıblar

  • Amerikanın səsi

İranda elan olunmuş parlament seçkilərinin nəticələrinə əsasən prezident Mahmud Əhmədinejadın mühafizəkar tənqidçiləri qələbə çalıblar.

Dövlətə məxsus Press TV-nin bildirdiyinə görə cümə günü keçirilən səsvermədə 290 yerdən 200-ü müəyyən edilib. Parlament kürsüsü qazananların yarıdan çoxu Ayətulla Əli Xameneyini dəstəkləyən mühafizəkarlardır. Ötən il Mahmud Əhmədinejad Ayətulla Xameneyinin yüksək vəzifələrə təyinatlarını tənqid etməklə ali dinin rəhbərin tərəfdarlarını qəzəbləndirmişdi.

Xameneyi loyalistləri arasında qələbə çalanlarıln arasında parlament spikeri Əli Laricani və Qulam Əli Həddad Adil var. Adilin qızı ali dinin rəhbərin oğluna evlənib. Nəticələr göstərir ki, Əhmədinejadın əleyhdarları əvvəllər prezidentin yaxşı səs topladığı kənd regionlarında uğur qazanıblar.

Prezidentin bacısı Pərvin səsvermədə uduzanlar sırasındadır.

Ölkənin əsas islahat təmayüllü müxalifət liderləri seçkiləri baykot ediblər. Onların çoxu həbsdədir, yaxud seçkilərdən kənarlaşdırılıb. Nəticələr yalnız bir islahatçının seçildiyini göstərir. Əlirza Məhcud Tehrandakı yerini saxlayıb.

XS
SM
MD
LG