Accessibility links

TürkPA-nın Bakı Bəyannaməsi


Milli Məclis
Milli Məclis

TürkPA suverenlik, ərazi bütövlüyü və daxili işlərə müdaxilə etməmək prinsiplərinə hörmət etdiyini bəyan edir

Türkdilli ölkələrin Parlament Assambleyasına (TürkPA) üzv ölkələrin Bakıda keçirilən 5-ci plenar iclasının yekunu olaraq bəyannamə qəbul edilib.

Bəyannamə TürkPA-ya üzv ölkələr Azərbaycan Milli Məclisi, Türkiyə Böyük Millət Məclisi, Qazaxıstan parlamenti və Qırğızıstan Joqorku Keneşi (parlament) tərəfindən imzalanıb.

Sənəddə deyilir ki, TürkPA suverenlik, ərazi bütövlüyü və sərhəd toxunulmazlığı, daxili işlərə müdaxilə etməmək prinsiplərinə hörmət etdiyini bəyan edir.

Həmçinin sənəddə vurğulanıb ki, TürkPA Türkiyənin İraqdakı diplomatik missiyası və vətəndaşlarına qarşı edilən hücumları qətiyyətlə pisləyir, Türkiyə konsulluğu əməkdaşlarının və vətəndaşlarının azadlığa buraxılmasını tələb edir.

Bakı Bəyannaməsində göstərilir ki, TürkPA Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulmazlığı prinsipləri əsasında siyasi həllinin əhəmiyyətini ifadə edir və münaqişənin həllinin regionda sülh, sabitlik və inkişafı bərqərar edəcəyinə, tam təşəkkül tapmış regional əməkdaşlıq üçün şərait yaradacağına inamını bir daha təsdiq edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG