Accessibility links

Milli Məclisin sədri: Bütün valyuta ehtiyatlarını dağıda bilmərik


Milli Məclis keçmiş prezidentin təminatı haqqında qanun qəbul edib
Milli Məclis keçmiş prezidentin təminatı haqqında qanun qəbul edib

Milli Məclisin fevralın 24-də keçirilən plenar iclasında əsas müzakirə mövzulaından biri manatın dollara nisbətdə ucuzlaşmasından sonra yaranan vəziyyət olub.

Deputat İqbal Ağazadə Azərbaycan hökumətindən milli valyutanın məzənnəsinin 34% enməsi nəticəsində vətəndaşlara dəyən zərər ödənilməsini tələb edib.

“ 2014-cü il dekabrın 30-da Azərbaycan Mərkəzi Bankı bildirib ki, milli valyutanın dəyəri düşməyəcək və iki ay keçməmiş ölkə əhalisini aldadıb”, o qeyd edib.

İqtisadiyyat və Sənaye Nazirliyinin Antiinhisar Xidməti qiymətlərin spekulyantlar tərəfindən süni şişirdildiyini bildirib. Devalvasiya nəticəsində bank əmanətçilərinə 3 mlrd. manat ziyan dəyib. Əhalinin əmanətlərinin ümumi həcmi isə 7,2 mlrd. manat təşkil edir.

“Tələb edirəm ki, hökumət bütün sahələrdə əhaliyə dəyən zərəri ödəsin”, - Ağazadə qeyd edib.

Milli Məclisin sədri Oqtay Əsədov cavab olaraq bildirib ki, iki ay ərzində vətəndaşlar öz vəsaitlərini konvertasiya etmək imkanları əldə ediblər. Bu müddətdə

$4,5 mlrd. konvertasiya edilib.

“Hökumət manatın məzənnəsini bacardığı qədər saxladı. Lakin Azərbaycan Ermənistanla müharibə şəraitindədir, aktiv hərbi əməliyatların və digər hərəkətlərin başlana bilməsi imkanlarını istisna etmir. Bundan ötrü isə əlavə vəsait lazımdır. Gələcəyi də düşünmək lazımdır, bu gün bütün ehtiyatları dağıda bilmərik”, o vurğulayıb.

“Mənə məlum olduğu kimi, ərzaq məhsullarının 70%-i daxili istehsaldır və qiymət artımı olmamalıdır. İqtisadiyyat və Sənaye Nazirliyi manatın devalvasiyası fonunda qiymətlərin saxlanması planını hazırlayır”, Əsədov bildirib.

Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, manatın devalvasiyası “zəruri addım” idi, çünki 2015-ci ilin dövlət büdcəsində neftin qiyməti 90 dollar səviyyəsində göstərilib.

“Hazırda neftin qiyməti 60 dolları keçmir. Əgər bu, davam edərsə ilin sonunadək dövlət büdcəsinin kəsiri 6-7 mlrd. manat olacaq. Azərbaycan Mərkəzi Bankı milli valyutanın saxlanması üçün hər il 2-2,5 mlrd. sərf edib. Lakin daimi tədbirlər ehtiyatların tükənməsinə gəturib çıxara bilərdi”, o bildirib.

Deputat Vahid Əhmədov vəziyyətə görə məsuliyyəti Mərkəzi Bankın üzərinə qoyub.

“Son günlərədək Mərkəzi Bank mənə vəd edirdi ki, manatın dollara nisbətdə məzənnəsi 0,9 manatı ötməyəcək. Lakin birdən-birə 34% ucuzlaşdırdı. Hesab edirəm ki, hökumət qiymət artımının qarşısını almaq üçün təcili olaraq böhran əleyhinə tədbirlər görməlidir. Hazırda bu, ən ciddi problemdir”, V.Əhmədov qeyd edib.

XS
SM
MD
LG