Accessibility links

Azərbaycan Xalq Cəbhəsi Partiyasının 6 (9)-cı qurultayı açılıb. Qurultay Səttar Bəhlulzadə adına Mədəniyyət Evində keçirilir. Forumda 800-ə yaxın nümayəndə iştirak edir.

AXCP-nin qurultayı

AXCP-nin qurultayı

AXCP sədri Əli Kərimli hesabat məruzəsi ilə çıxış edib. O, çıxışına hazırkı iqtidarın kəskin tənqidi ilə başlayıb. Hökuməti korrupsiyada, rüşvətdə, fundamental azadlıqları, o cümlədən söz, mətbuat, toplaşmaq azadlıqlarını boğmaqda ittiham edib.

AXCP sədri hakimiyyətin Qarabağ siyasətini, pul-kredit siyasətini yarıtmaz adlandırıb. "Bir qarış belə işğal altında olan torpaqlarımızı azad edə bilməyiblər", o qeyd edib.

Kərimli həmçinin ölkədə repressiyaların davam etdiyini və jurnalistlərin, QHT liderlərinin həbslərə atıldığını deyib. Ölkədəki çoxsaylı siyasi və vicdan məhbusu kimi tanınan insanların dərhal azad ediməsini tələb edib.

AXCP-nin qurultayı

AXCP-nin qurultayı

Pul-kredit siyasətinin yanlış olduğuna, Neft Fondunda toplanan vəsaitlərdən qeyri-səmərəli istifadə edilməsinə diqqət çəkib.

"Azərbaycan hökuməti Dövlət Neft Fondunda toplanan vəsaitlərin 80 faizini xarici banklarda 0,7 faizlə saxlayır. Ancaq ölkədə banklar vətəndaşlara krediti 30-35 faizlə verir," o qeyd edib.

Kərimlinin çıxışı zalda davamlı alqışlarla qarşılanıb və çıxış boyu hökumətə "istefa" şüarları səslənib.

XS
SM
MD
LG