Accessibility links

Bakıda partlayış səsi sakinləri qorxudub


Bakıda Bayıl yamacında sürüşmə təhlükəsi yaranıb

Bakıda Bayıl yamacında sürüşmə təhlükəsi yaranıb

Martın 27-də saat 12.00 radələrində Bakının Səbael rayonunda 20-ci sahə adlanan ərazidə və Bayıl yamacında güclü partlayış səsi eşidilib. Partlayış səsi bir dəfə olub və o qədər güclü olub ki, hətta bəzi evlər silkələnib.

Şahidlərdən biri Amerikanın Səsinə bildirib ki, cəmi bir partlayış səsi eşidib. “Biz əvvəl elə bildik ki, yaxınlıqdakı böyük qaya partladı. Səs elə gülü oldu ki, sakinlərin hamısı evdən bayıra qaçdı. Səs bir dəfə oldu və sonra dərhal kəsildi”, 20-ci sahədə yaşayan sakin Roza Əsgərova Amerikanın Səsinə deyib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Amerikanın Səsinə nazirliyə partlayışla bağlı məlumatın daxil olmadığını bildiriblər.

Baş verən müəmmalı tərpənişlə bağlı Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli ANS-PRESS agentliyinə bildirib ki, məsələdən xəbərdardır.

“Özüm də həmin səsi və tərpənişi hiss elədim. Qobu qəsəbəsində yerləşən stansiya da bu tərpənməni qeydə alıb. Ancaq onu deyə bilərəm ki, bu zəlzələ deyildi”, Yetirmişli qeyd edib.

Maraqlıdır ki, rəsmi dövlət qurumlarıgüclü partlayış səsinin harada gəldiyi və səbəbləri barədə ictimaiyyətə hələ məlumat verməyib.

XS
SM
MD
LG