Accessibility links

“Lokomotiv” İdman kompleksində baş vermiş partlayışla bağlı cinayət işi açılıb [yenilənib]


İdman kompleksində partlayış
İdman kompleksində partlayış

İlkun məlumata görə, partlayış qaz sızmasından baş verib, ölən və yaralananlar var

Dekabrın 27-də Biləcəri rayonundakı “Lokomotiv” idman kompleksinin qazanxanasında baş vermiş partlayış faktı üzrə Binəqədi Rayon Prokurorluğu CM-in 162.2 maddəsi (ehtiyatsızlıq üzündən insan ölimünə səbəb olmaqla əməyin mühahifəzi qaydalarının pozulması) ilə cinayət işi qaldırıb.


İstintaq gedir. Bu barədə Amerikanın Səsinə rayon prokurorluğundan bildirilib.


İlkin məlumata görə, partlayış qaz sızması nəticəsində baş verib.
----------------------------------------------------
Bakının Binəqədi rayonunda Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin “Lokomotiv” idman kompleksində partlayış baş verib. İlkin məlumata görə, partlayış istilik qazanxanasında baş verib. Nəticədə bir nəfər ölüb, bir nəfər bədən xəsarəti alıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, hazırda hadisə yerində nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Mülki Müdafiə Qoşunlarının canlı qüvvə və texnikası işləyir.

APA agentliyinin məlumatına görə, partlayıç nəticəsində ölən 1964-cü il təvəllüdlü Şahvələd Məmmədov, yaralanan isə 1987-ci il təvəllüdlü Elvin Qurbanovdur.

FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi Cahangir Qulamov agentliyə bildirib ki, partlayış idman kompleksinin qazanxanasında baş verib. İlikin ehtimala görə, buna qaz sızması səbəb olub. FHN-nin xilasediciləri hadisə yerində müvafiq təmizləmə işləri görürlər. Qalıqlar altında insanların olduğu ehtimal olunur.
XS
SM
MD
LG