Accessibility links

Neft mədənində partlayış -2 nəfər ölüb


 partlayış
partlayış

Faktla bağlı cinayət işi qaldırılıb

Azərbaycan Dövlət Neft Şirkətinə (ARDNŞ) məxsus mədəndə 2 nəfərin ölümü ilə nəticələnən partlayışla bağlı cinayət işi başlanıb.

Bakı Şəhər Prokurorluğunun məlumata görə iyunun 18-də Tağıyev adına Neft Qaz Çıxarma İdarəsinin Qala qəsəbəsində yerləşən 5-ci mədən sahəsində qazla qaynaq işləri aparılarkən partlayış baş verib.

Nəticədə elektrik-qaz qaynaqçıları Zakir Əliyev və Dmitriy Baranov aldıqları xəsarətlərdən ölüb.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 223.2-ci (partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb və müvafiq ekspertizalar təyin edilib.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG