Accessibility links

Xırdalanda iki nəfərin meyiti dağıntılar altından çıxarılıb [Yenilənib-3] [Video]


Xırdalanda partlayış

Xırdalanda partlayış

Xırdalanda beşmərtəbəli binada partlayış baş verib

Abşeron rayonu, Xırdalan şəhərində tikintisi başa çatmamış beşmərtəbəli yaşayış binasında partlayış hadisəsi ilə əlaqədar axtarış-xilasetmə işləri davam etdirilir.

FHN-nin məlumatına görə hal-hazırki vaxta qədər xəsarət almış 9 nəfər və vəfat etmiş 2 nəfərin meyiti xilasedicilər tərəfindən dağıntılar altından çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Nazirlik əlavə məlumat veriləcəyini açıqlayıb.

***

Abşeron rayonu, Xırdalan şəhərində tikintisi başa çatmamış beşmərtəbəli yaşayış binasında partlayış hadisəsi ilə əlaqədar axtarış-xilasetmə işləri davam etdirilir.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə hal-hazırki vaxta qədər 9 nəfər xilasedicilər tərəfindən dağıntılar altından çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Dağıntılar altında qaldığı ehtimal edilən digər şəxslərin xilas edilməsi istiqamətində işlər davam etdirilir.

***

Hazırda dağıntılar altında qalan daha 3 nəfərin çıxarılması istiqamətində tədbirlər davam etdirilir.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat verib.

***

Trend-in məlumatına görə, partlayış nəticəsində daha 4 nəfər dağıntılar altından çıxarılıb.

Səhiyyə Nazirliyi Xırdalanda yaşayış binasında baş vermiş partlayışla əlaqədar ilkin rəsmi məlumatını açıqlayıb.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Trend-ə bildirib ki, hadisə ilə əlaqədar 8 nəfər zərərçəkən xəstəxanaya yerləşdirilib.

Həmin xəstələrin 1-i Sumqayıt Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə, 2 nəfər Respublika Yanıq Mərkəzinə yerləşdirilib. Beş nəfər Kliniki Tibbi Mərkəzə gətirilib. Onlardan biri artıq evə buraxılıb.

Xırdalanda partlayış

Xırdalanda partlayış

O, hadisə nəticəsində ölən olmadığını deyib.

***

Sentyabrın 8-də səhər saatlarında Abşeron rayonu, Xırdalan şəhərində tikintisi başa çatmamış beşmərtəbəli yaşayış binasında partlayış hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda xilasedicilər tərəfindən 3 nəfər xilas edilib, 2 nəfərin xilasedilməsi istiqamətində işlər davam etdirilir.

Hadisənin səbəbi məlum deyil.

XS
SM
MD
LG