Accessibility links

Xırdalanda baş vermiş partlayışla bağlı axtarış-xilasetmə işləri başa çatıb [Video]


Xırdalanda partlayış

Xırdalanda partlayış

Xilasedicilər dağıntılar altından 3 meyit çıxarıb

Xırdalan şəhərində tikintisi başa çatmamış beşmərtəbəli yaşayış binasında partlayış hadisəsi ilə əlaqədar axtarış-xilasetmə işləri başa çatıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə xilasedicilər tərəfindən dağıntılar altından 1 uşaq meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bununla da, hazırkı vaxta qədər xəsarət alan 9 nəfər və vəfat etmiş 3 nəfər xilasedicilər tərəfindən dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Partlayışın ilk ehtimalının qaz sızmasından olduğu deyilir.

XS
SM
MD
LG