Accessibility links

Yəhudilər müqəddəs Pasxanı qeyd edir [Video]


Dünya boyu yəhudilər Pasxanı, 3,300 il əvvəl Misir əsarətindən azad olmalarını qeyd edirlər. Tarixi rəvayətə görə Musa peyğəmbər vasitəçi olmaqla, Allah yəhudiləri Misirin əlindən qurtarmaq üçün onların Qırmızı Dənizi keçmələrinə yardım edib.

Adətən Pasxaya hazırlıqlara qoyun kəsmək və Matsa adlanan duzsuz çörək bişirməklə başlanılır. Ravin Menaxem Qlukovski: “Bu, inam yeməyidir. Keçmişdəki kimi, müxtəlif şirniyyatlarla yanaşı, yəhudilərin Misiri tərk edərkən Allaha bel bağlayaraq, özləri ilə götürdükləri Matsa. Biz də hər il Pasxanı süfrəmizdə Matsa ilə bayram edirik.”
Adət üzrə yeddi gün davam edən bayramda mayasız yeməklər hazırlanır. Bir çox yəhudi icmalarında Pasxa bayramından əvvəl maya simvolik olaraq yandırılır.
Yexoşua Kleyn Qüdsün yəhudi dindarlarındandır. “Çametz, mayanın simvolik yandırılması Klal Yisrael, yəni yəhudi xalqının bütün günahlarının yuyulmasıdır. Bütün günahlardan təmizləndikdən sonra biz Pesax-Yom Tovanı, yəni Pasxanı qeyd edirik.”

İordan Çayının Qərb Sahilindəki Nablus şəhərindəki Samaritan icması isə ənənəvi qurban kəsməklə məşğuldur.

Samaritan icmasının ruhanisi Harun Şalom: “Anım yeddi gün davam edir və birinci gün qırğın günüdür. Anım günlərində biz mayasız yeməklər yeyirik. Məsələn evdə çörəyi mayasız bişiririk.”

​Bu bayramı yanlız yəhudilər deyil, afrikalı mühacirlər də qeyd edir. Yüzlərlə mühacir matsa yemək və tarixi bir də yada salmaq üçün cümə günü İsrailin Negev səhrasına toplaşır. Misirdən və Afrikadan gələn qeyri-qanuni mühacirlərin qarşısının alınması yolunda işlər görülməsinə baxmayaraq, hər il İsrailə yüzlərlə mühacir keçir.

Ənvər Suleyman İsrailin Holot təcridxanasında saxlanılan afrikalı mühacirlərdən biridir.
“Siz yəhudilər Misiri tərk etdiniz. Vəziyyət ağır olduğu üçün biz də vətənimizi tərk etməli olmuşuq. Tövratda deyilir ki, qəriblə işiniz olmasın, vaxtilə siz də Misirdə o vəziyyətdə idiniz. Mən yəhudilərə deyərdim ki, Tövratı yaddan çıxarmasınlar.”
Mühacirlərin hüquqlarını qoruyan fəal, ravin Süzan Silverman deyir ki, Pasxa yəhudilərə bu bayramın əsl ruhunu xatırlatmalıdır. “Pasxa yeməyinə oturan hər bir şəxs özünə bunları deməlidir: “Mən elə indicə hər bir qəribə yardım etməliyəm. Mən bunu nə üçün edirəm? Çünki bu sadə, heç bir mənası olmayan ritualı mənim valideynlərim, babalarım və babalarımın babaları edib? Ya bunu siz nəyə görəsə edirsiniz?”

Pasxa adətən evdə, ailə üzvləri və yaxın dostlarla qeyd edilir. Lakin Nepalın paytaxtı Katmanduda yüzlərlə yəhudi səyyah yerli sakinlərin təşkil etdikləri və dünyada ən böyük Pasxa ziyafəti sayılan tədbirə qatılıblar.
XS
SM
MD
LG