Accessibility links

Dünya xristianları Bədmüşk Bazarı gününü qeyd edir


Dünya xristianları Bədmüşk bazarı gününü qeyd edir. Roma Papası Frasis bu münasibətlə təşkil edilən mərasimə rəhbərlik edib. Müqəddəs Pyotr meydanı zeytun ağacının budaqları və çiçəklərlə bəzənib.

Mərasim İsa peyğəmbərin Qüdsə dönüşünün rəmzidir.

Pasxa bayramından bir həftə əvvəl Qüdsün qədim hissəsində təşkil edilən mərasimə çoxsaylı insan qatılıb. Kilsə zənglərinin səsi şəhəri bürüyüb. Buraya dünyanın müxtəlif ölkələrindən zəvvarlar toplaşıb.

Parisdə Paris Notr-Dam Kilsəsinin zənginin inşasının 850-ci ildünümünə təsadüf edən Bədmüşk bazarı günü minlərlə insan sükut içərisində 10 dəfə vurulan zəng sədalarını dinləyib. Bu, son 200 il ərzində kilsədən ucalan ilk zəng olub.

Notr-Damın original zəngləri Fransa inqilabı zamanı əridilmiş, ondan top və sikkələr düzəldilmişdi. 13 tonluq Emmanuel zəngi yeganə qalan zəng olub. Hazırda kilsədə 9 zəng asılıb.

Zənglərin bərpası asan iş olmayıb. 1905-ci ildə Fransada dövlətin kilsədən ayrılması ilə zənglər kilsənin deyil, hökumətin mülkiyyətinə çevrilmişdi. 2012-ci ildə bərpa edilən 8 zəng ötən ay kilsəyə asılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG