Accessibility links

Avqustun 14-də Braziliya polisi Avropa Olimpiya Komitəsinin 71 yaşlı rəhbəri Patrik Hikkini "Rio Olimpiadası biletlərinin şişirdilmiş qiymətlərlə satılmasına görə" həbs edib. Bu barədə BBC xəbər yayıb.

Polis bildirib ki, Hikkini saxlamağa gəldikdə o, qaçmağa cəhd edib. Saxlanıldıqdan sonra o, özünü pis hiss etdiyini deyib və özünü xəstəliyə vurub. Yerli mətbuat qeyd edir ki, Hikkinin həbsi bir neçə gün əvvəl Rioda irlandiyalı Kevin Ceymsin həbsi ilə əlaqədardır. Bu şəxs idman tədbirləri üçün biletləri satan təşkilata rəhbərlik edir.

Həbs edilərkən Kevin Ceymsin üzərində 800 ədəd qanunsuz top-klass bileti aşkar edilib. Hər bir biletin qiyməti 7800 dollar və ya 6 min funt təşkil edirdi.

Xatırladaq ki, Avropa Olimpiya Komitəsinin və İrlandiya MOK-un prezidenti Patrik Hikki 2015-ci ildə Bakıda Birinci Avropa Oyunlarının təşkilinə görə hökumət mükafatına layiq görülüb.

XS
SM
MD
LG