Accessibility links

Patriot qurğuları Türkiyəyə göndərildi


Patriot raket batareyaları qurğusunu daşıyan ABŞ-ın yük təyyarəsi İncirlik hava bazasında yerə enib. Bu, Türkiyənin Suriya ilə sərhədində yer-hava raketlərinin yerləşdirilməsinə dair NATO razılığının bir hissəsidir.

Ankaranın Suriya ilə 900 kilometrlik sərhəd boyu təhlükəsizliyi təmin etməsi üçün NATO-dan kömək istəməsindən sonra Hollandiya, Almaniya və Birləşmiş Ştatların hər biri iki Patriot raket batareyaları və 400 əsgər göndərib.

22 aya yaxın prezident Bəşar Əl-Əsədə qarşı davam edən üsyan nəticəsində hökumət qüvvələrinin atdığı mərmilərin Türkiyə ərazisinə düşməsi ilə sərhəddə gərginlik artıb.

ABŞ-ın Avropa Komandanlığı veb səhifəsində bildirib ki, Oklahomadakı Fort Sill bazasının II Hava Müdafiə Artilleriyasının III Batalyonundan 400-ə yaxın ABŞ personalı və qurğu qarşıdakı günlərdə Türkiyəyə çatacaq.

ABŞ batareyalarını Qaziantep şəhərində yerləşdirəcək.
XS
SM
MD
LG