Accessibility links

Türkiyə-Suriya sərhəd bölgəsinə raketlərdən müdafiə sistemi yerləşdirilə bilər


NATO-nun baş katibi Anders Foq Rasmussen deyib ki, aliyans Türkiyə-Suriya sərhəd bölgəsində Patriots adlı raket-əleyhinə müdafiə sistemi yerləşdirmək barədə təklifini nəzərdən keçirəcək.

Rasmusen bu gün NATO-nun üzv ölkəsi olan Türkiyədən rəsmi təklifin hələlik alınmadığını deyib. Lakin əlavə edib ki, belə bir təklif olarsa biz bu təklifi tez bir zamanda nəzərdən keçirəcəyik.

Almaniyanın müdafiə naziri Tomas de Maiziere təklifin bu gün axşam Türkiyədən göndəriləcəyini gözlədiyini deyib. Türkiyənin Suriya ilə sərhəd bölgələri suriyalı üsyançılara qarşı mübarizə əsnasında Suriya prezidenti Bəşar Əl-Əsədə sadiq qüvvələr tərəfindən artileriya hücumlarına məruz qalır.

Rasmusen deyib ki, NATO-nun lazım gələrsə Türkiyəni dəstəkləmək və müdafiə etmək üçün hazır planları var. Lakin bu planlara hal-hazırda Patriots raket hücumlarından müdafiə sisteminin qurulması daxil deyil.

Dəməşqin bir zamanlar müttəfiqi olan Ankara ötən həftə NATO ilə Patriots raketləri barədə danışıqlar aparıb. Lakin formal təklif göndərməyib.
XS
SM
MD
LG