Accessibility links

ABŞ-ın BMT-dəki səfiri Rusiyanı Amerika üçün böyük təhlükə adlandırıb.

Atlantik Şurasında çıxış edən Samanta Pauer deyib ki, Moskva beynəlxalq qanunlara məhəl qoymadan, biri-birinin ardınca təcavüzkar və sabitsizləşdirici əməllərə əl atır.

"Rusiyanın əməlləri yeni dünya ilə ayaqlaşmır. O ölkə mövcud olanları məhv edir. Biz bununla mübarizə aparırıq. Faşizm və kommunizmi məğlub etdikdən sonra avroritarlıq və nihilizmlə (mənəvi və dini prinsiplərin rədd edilməsi) üzləşmişik"- deyə səfir bildirib.

Rusiyanın ABŞ-da prezident seçkilərinə müdaxiləsi hər bir amerikalını narahat etməlidir

Pauer Obama administrasiyasının Rusiya ilə yumşaq mövqeyi barədə xəbərdarlıqla çıxış edərək, bunun yalnız Rusiyanı gücləndirdiyi, İran və Şimali Koreya kimi qanunlara tabe olmayan ölkələri təşviq etdiyini deyib.

Samanta Pauer deyib ki, Rusiyanın ABŞ-da prezident seçkilərinə müdaxiləsi hər bir amerikalını narahat etməlidir.

Donald Trampın adını çəkməsə də, səfir kəşfiyyat orqanlarının sənədləşdirdiyi məlumata lazımi dəyər veriləcəyinə şübhə etdiyini bildirib.

ABŞ-ın BMT-dəki səfirinin çıxışı Rusiya prezidenti Vladimir Putinin Kremlin Trampı zərbə altına qoyan heç bir məlumata malik olmadığını deməsindən bir neçə saat sonra səslənib.


XS
SM
MD
LG