Accessibility links

Paul Sullivan: Azərbaycanda qeyri-bərabərlik problemi var (VİDEO)

  • Əsgər Möhsümoğlu

Paul Sullivan: Azərbaycanda qeyri-bərabərlik problemi var (VİDEO)

Paul Sullivan: Azərbaycanda qeyri-bərabərlik problemi var (VİDEO)

Georgetown Təhlükəsizlik Araşdırmaları Proqramının əməkdaşı və Milli Müdafiə Universitetinin professoru Paul Sullivan bü günlərdə Amerikanın Səsinin qonağı olub. Yaxın Şərq və Şimali Afrikada baş qaldıran xalq üsyanlarını yaxından izləyən Dr. Sullivan Ərəb Baharının Azərbaycana mümkün təsirlərindən danışıb:

Son aylarda Ərəb Dünyası nəhəng siyasi təlatümlə üzləşib. Misir və Tunis kimi ölkələrdə uzun dönəmli hakimiyyətlər devrilib. Ərəb Baharının Azərbaycan kimi ölkələrə necə təsiri ola bilər?

Təsirin bir neçə yolu ola bilər. Bunlardan mühümü neft qiymətləridir. Liviyada baş qaldıran üsyandan sonra cərəyan edən hadisələrə nəzər salın. Liviya nefti bazarından çıxdıqdan sonra neft qiymətləri kəskin artdı. Bundan əvvəl Misirdə sabitliyin pozulması və Süveyş kanalında baş verən fasilələr neft qiymətlərinə təsir göstərmişdi. Bəhreyndəki olaylar da öz təsirini göstərdi. İndi təsəvvür edin ki, Səudiyyə Ərəbistanında və ya İranda oxşar hadisələr baş verir və onlara məxsus neft bazarı tərk edir. Bu, neftin barrelinin qiymətini 200-300 dollara qaldıra bilər, azərilər varlana bilərlər. Ən azı onların bir qismi.

Bu, isə söhbəti növbəti təsir vasitəsinə gətirib çıxarır. Azərbaycanın qeyri-bərabərliklə öz problemləri var. Artan işsizlik, bahalaşan ərzaq qiymətləri… Ola bilsin, bəzi adamlar Misirdə inkişaf etməkdə olan və ya Türkiyədə mövcud olduğu kimi kifayət qədər demokratik azadlıqların olmadığını düşünürlər. Facebook, Tvitter, interent və peyk televiziya dünyasında gənc azərilər dünyada baş verən dəyişiklikləri görürlər. Onlar bu dəyişiklikləri izləyirlər.

Dəyişikliyin baş verməsi üçün çox sayda dinc yollar var. Əlbəttə, ümid edirəm ki, məhz bu növ dəyişiklik Azərbaycanda baş verə bilər.

Azərbaycan rəsmiləri Azərbaycanla üsyanların baş qaldırdığı ərəb ölkələri arasında ciddi fərqlərin olduğunu deyirlər. Mövcud fərqlər və oxşarlıqlar barədə nə deyə bilərsiniz?

Azərbaycanın əhalisi Misi əhalisindən on dəfə azdır. Misir uzun müddət dövlət kimi mövcud olub. Sovet dövlətinin nəzarətində və ondan kənarda olmaqla Azərbaycanda da dövlətçilik ənənəsi var. İnsanlar özlərinə azəri kimi baxırlar.

Burada dini fərq də var. Azərilərin çoxu şiədir. Ona görə də müəyyən mənada azərilərə siyasi təsir sünni ərəb ölkələrindən daha çox İrandan gəlir.

Oxşarlıqlara gəldikdə, Azərbaycanda daha şəffaf siyasətə ehtiyac var. Azərbaycan insanları maariflənir, varlanır. Onlar Sovet dönəminin iqtisadi tənəzzülünü arxada qoyurlar. İnsanlar indi başqa hədəflər axtarırlar. Onlar ümid sorağındadırlar. Ölkədə mövcud olan var-dövlət bir az geniş yayıla bilər. Bilmək çətindir ki, nə qədər adam bu hissləri keçirir. Yaxud insanların hansı kəsimi vəziyyətin olduğu kimi qalmasını arzulayardı. Mənzərə o qədər də aydın deyil.

Bu yaxınlarda nümayişlər olmuşdu və çox sayda demokratik fəal həbs edilmişdi. Azərbaycan dinc yolla inkişaf edə bilər, çünki stabil artıma ümid yerində qalır. NABUCCO layihəsi və Azərbaycanı Türkiyə vasitəsilə Avropaya birləşdirən enerji layihələri ümidvericidir. Azərbaycan Trans Xəzər boru kəməri vasitəsilə Çinə də nə vaxtsa qaz ixrac edə bilər.

Başqa oxşarlıq odur ki, üsyan baş qaldıran ölkələrdə ümumdaxili məhsul artımı yüksək səviyyədə idi. Makroiqtisadi səviyyədə ölkə inkişaf edirdi. Lakin sadə adamlar səfalət içində yaşayırdılar. Əgər bu, həqiqətdirsə, Azərbaycan rəhbərliyi bunu nəzərə almalıdır. Bu, risk nöqtəsidir.

Siz Azərbaycan rəhbərliyinə üsyan ssenarisinin qarşısını almaq üçün hansı addımları atmağı tövsiyə edərdiniz?

Çox mühümdür ki, gənc adamlar iş tapa bilsinlər və bu iş onların dolanışığını təmin etsin, yaşamağa öz mənzilləri olsun. Onlara gələcək və ümid lazımdır. Rəhbərliyə sərf etməyən situasiya budur ki, əhali səninlə birgə inkişaf etmir. Belə bir hal qəzəb və nifrət doğurur. Onlara iş verin, təhsil verin. Vətəndaşların qayğısına qalın. Ölkə miqyasında var-dövlət səviyyəsi qalxanda əmin olmaq lazımdır ki, hamı bərabər, eyni tempdə qalxır. Əgər bu baş vermirsə, onda qarşıda təhlükə var.

XS
SM
MD
LG