Accessibility links

Cavid Hüseynov: 'Pax Turcica institutu ABŞ-da türk əsilli amerikalıların birliyi üçün fəaliyyət göstərir' (video)


Cavid Hüseynov: 'Pax Turcica institutu ABŞ-da türk əsilli amerikalıların birliyi üçün fəaliyyət göstərir' (video)

Cavid Hüseynov: 'Pax Turcica institutu ABŞ-da türk əsilli amerikalıların birliyi üçün fəaliyyət göstərir' (video)

Amerikada fəaliyyət göstərən diaspor qruplarından biri Pax Turcica institutu bu həftə Nyu Yorkda azərbaycanlı universitet məzunları və tələbələrdən ibarət AYNA şəbəkəsinin ilk forumunu keçirəcək. Konfransın əsas məqsədi qrupun fəaliyyət və hədəflərini müzakirə etmək və yerli tələbələrin işinin koordinasiya edilməsindən ibarətdir.

Pax Turcica institutunun həmtəsisçisi Cavid Hüseynov bu yaxınlarda qurumun fəaliyyətləri ilə bağlı Türk Amerika Milli Liderlik konfransında prezentasiya ilə çıxış edib. O bildirib ki, institut öz fəaliyyətini ABŞ-da türk əsilli amerikalıların birliyi konsepsiyası üzərində qurur.

Cavid Hüseynov Amerikanın səsinə müsahibədə bildirdi ki, Pax Turcica institutu işini əsas üç istiqamətdə aparır. Bu da icma üzvlərinin təşkilatlandırılması və onların maarifləndirilməsi, habelə mədəniyyətlərarası dialoqun qurulmasından ibarətdir.

Onun bildirdiyinə görə, əvvəllərlə müqayisədə bu gün türk təşkilatları arasında fəaliyyətlərin daha çox əlaqələndirildiyini müşahidə etmək olar. O, ABŞ-da yaşayan türk xalqlarının nümayəndələrindən ibarət diasporun gənc üzvləri ilə işləməyin vacibliyini vurğuladı.

Cavid Hüseynovla müsahibəni aşağıdakı linkdə dinləyə bilərsiniz.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG