Accessibility links

Paytaxt Vaşinqtonda film festivalı (video)


Paytaxt Vaşinqtonda film festivalı (video)

Paytaxt Vaşinqtonda film festivalı (video)

Hər il film festivalı paytaxt Vaşinqtonda 20 ölkədən tanınmış və tanınmamış rejissorların eklektik film toplusunu nümayiş etdirir. Baxmayaraq ki, Vaşinqtonda keçirilən FilmFest DC festivalı Birləşmiş Ştatlarda keçirilən film festivallarının ən böyüyü deyil, bu festival özünəməxsusluğu ilə seçilir.

Özünün `Flamenco Flamenco`filmində tanınmış ispan rejissoru Karlos Saura ən-ənəvi və müasir ispan rəqslərini tətbiq edən ən gözəl hərəkətlər, işiq və səs təklif edir. Bu film paytaxt Vaşinqtonda göstərilən bir çox filmlərdən biridir. Çinin epik `Aftershock` draması müasir Çin tarixinin 30 ilindən bəhs edir. Film tarixə məlum olan iki ən şiddətli zəlzələlər zamanı cərəyan edir. Film əzab çəkən insanların seçim etməyə məcbur olmalarını təsvir edir. Ana iki uşaqdan hansını, oğlunu və ya qızını xilas etmək seçimi qarşısında qalır. `Aftershock `filmi indiyə qədər Çində ən uğurlu filmdir. Amma paytaxt Vaşinqtonda ilk dəfədir ki, ekrana çıxır.

Festival özünün 25 illiyini tarixi Linkoln Teatrında keçirir. Tanınmış film festivallarından fərqli olaraq FilmFest DC film yaymaq xarakteri daşımır. Bu festivalın məqsədi tamaşaçıları əyləndirmək və təhsil verməkdir. Səksən filmdən əksəriyyəti bu il göztərilib. Məsələn, Əli Səmədi Ahadın `The Green Wave`filmi artıq beynəlxalq mükafat alıb və gələn il Oskar mükafatına namızəd ola bilər. `The Green Wave` yarı cizgi yarı 2009-cu ildə İranda nümayişləri əks etdirən sənədli görüntülərin kombinasiyasıdır.

Komediya janrında çəkilmiş `Drummond Will` Britaniya filmi həyatın mənasızlığından danışır. Atalarının dəfnindən sonra iki qardaş atalarının uçuq-sökük evini yoxlayarkən orada köhnə ailə dostunu bir kisə pulu qucaqlamış halda şkafda aşkar edirlər.Qardaşlar atalarının keçmişini araşdırdıqca daha da çox məsələlərin üstü açılır. FilmFest DC-yə hər il əksəriyyəti yerli və bəzi turistlər olan 25000 insan gəlir.

XS
SM
MD
LG