Accessibility links

Ağdamda 258 saylı PDM-in ekipajı filminin təqdimatı olub


Filmin təqdimatı
Filmin təqdimatı

Sənədli film döyüş səhnəsindən bəhs edir

Noyabrın 28-də Ağdamın Quzanlı qəsəbəsində (Bakıdan 351 kilometr qərb) “258 saylı PDM-in (Piyadaların döüş maşını) ekipajı” sənədli filminin təqdimatı keçirilib.

Tədbiri Ağdam Rayon İcra Hakimiyyəti və Qarabağ Müharibəsi Veteranları Birliyi təşkil edib.

Filmdə 1993-cü ilin yayında Ağdam uğrunda döyüşlər əksini tapıb və Azərbaycan Silahlı Qüvvələrinin 708-ci briqadasının ikinci batalyonunun döyüşçülərindən bəhs edir. Bu döyüşlərdə erməni qüvvələrinin komandiri Monte Melkonyan öldürülüb.

Xatırladaq ki, Dağlıq Qarabağ münaqişəsindən öncə Monte Melkonyan 1983-cü ildə Parisdəki Orli hava limanında partlayış təşkil etdiyinə görə Fransa polisi tərəfindən həbs olunub və teror aktının təşkilində günahkar bilinərərk 6 il müddətinə azadlıqdan məhrum edilib.

Filmdə arxiv materialları, ekspert rəyləri və hərbçilərin fikirləri geniş yer alıb.

Film müəllifləri inandırıcı şəkildə sübut ediblər ki, sonradan ictimi fikrə yeridilmiş İbad Hüseynov Melkonyanı öldürməyib.

Təqdimat zamanı 258 saylı PDM-in ekipajının sağ qalmış üzvü Azaddin Musayev və həmin batalyonun komandiri polkovnik Xətai Baxışov çıxış edib.

XS
SM
MD
LG