Accessibility links

AŞPA prezidenti Azərbaycanda əfvdən razıdır


Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Pedro Aqramunt Azərbaycanda bu günki əfv fərmanından razıdır.

O, Tvitterdəki mikrobloqunda yazıb ki, bu gün 148 nəfərin əfv olunması barədə yaxşı xəbər alıb. Onların arasında Vatslav Havel mükafatçısı Anar Məmmədli, həmçinin siyasi fəallar, jurnalistlər, hüquq müdafiəçiləri var.

Azad edilən siyasi məhbusların adlarını sadalayan Aqramunt qeyd edib ki, bu yaxınlarda Bakıda olarkən prezident İlham Əliyevdən zəmanət alıb ki, yaxın vaxtlarda adamların çoxu azadlığa buraxılacaq.

“Şadam ki, bu vəd yerinə yetirildi”, - Aqramunt yazıb.

Xatırladaq ki, aşpa prezidenti Bakı səfərinin yekunları iə bağlı bəyanatında REAL Hərəkatının lideri İlqar Məmmədovun azad edilməsinin vacibliyini də bildirmişdi. Belə ki, onun işi üzrəAvropa İnsan Haqlarının Məhkəməsinin qərarı, Avropa Şurası Nazirlər Kabinetinin 6 qərar və qətnaməsi var.

XS
SM
MD
LG