Accessibility links

Ali təhsilli mühacirlər Amerikanı tərk etməli olurlar (video)

  • Amerikanın səsi

Ali təhsilli mühacirlər Amerikanı tərk etməli olurlar (video)

Ali təhsilli mühacirlər Amerikanı tərk etməli olurlar (video)

ABŞ Konqresi Amerika universitetlərini yüksək dərəcə ilə bitirən xarici tələbələrin sonradan ölkədə qalaraq Birləşmiş Ştatlara dünyada rəqabətə davamlılıqda kömək etmək üçün mühacirət sistemindəki problemi aradan qaldırmaq yolunda müzakirələr aparır.

Bəziləri bunu beyin axınının qarşısının alınması kimi qiymətləndirir.

Xarici tələbələr elm, texnologiya, mühəndislik və riyaziyyat sahələri üzrə maqister və doktorluq elmi dərəcələri almaq məqsədi ilə Amerikaya axışır. Lakin 25 yaşlı çinli Yifanq Vei kimi bir çoxları təhsillərini bitirdikdən sonra Birləşmiş Ştatlarda işləmək üçün viza ala bilməyə bilər.

Yifanq Vei: “Mən olduqca narahatam”

2009-cu ildə ABŞ Ali təhsil ocaqlarında fizika və mühəndislik üzrə doktorluq mükafatının üçdə iki hissəsinə xarici tələbələr sahib oldu. Hiya Çin Pekindəndir və Vaşınqtonda Georgetown universitetində kompyuter elmləri üzrə doktorluq dərəcəsi almaq üçün təhsil alır. O, Google, Yahoo və ya Microsoft kimi şirkətlərdə işləmək istəyir.

Hiya Çin: “Əlbətdə biz burada bir neçə il yaşamaq istəyərdik. Lakin etibarlı viza olmadan biz ölkəni tərk etmək məcburiyyəti qarşısında qalacağıq.”

Birləşmiş Ştatlar ölkədə qalıb karyera qurmaq istəyən xaricilərin sayını məhdudlaşdırmaq istəyir.

Ali təhsilli mühacirlər Amerikanı tərk etməli olurlar (video)

Ali təhsilli mühacirlər Amerikanı tərk etməli olurlar (video)

Tənqidçilər isə mühacirət siyasətinin məhdudlaşdırılmasını bacarıqlı tələbələrdən mənfəətlənmə şansının itirilməsi kimi qiymətləndirir. Zoyi Lafqrin Kaliforniya universitetinin nümayəndəsidir. Zoyi Lafqrin: “Bir vaxtlar biz dünyanın ən ağıllı insanlarını burada məskunlaşmağa dəvət edirdik. İndi isə biz onlardan üz döndəririk. Dünyanın ən qabaqcıl tələbələrini öz universitetlərimizdə savadlandırdıqdan, yetişdirdikdən sonra onları Amerikanın inkişafında işlər görməyə dəvət etmirik.”

Yüksək texnologiya şirkətləri ölkənin ən məşhur universitetlərindən işçi qəbul edirlər. Lakin Texas Instruments şirkəti kimi bəzi şirkətlər xarici işçilərinin Birləşmiş Ştatlarda daimi sakin olmalarının 10 il çəkə biləcəyini deyirlər. Amerika indi mühacirləri məhdudlaşdırma prosesi zamanı ölkədən ölkəyə fərq qoyur. Məsələn, böyük ölkələrdən gələn tələbələr daha çox müddət gözləməli olur. Son araşdırmalara görə yüksək bilikli hindistanlılar daimi sakin statusu almaq üçün bəzən 70 il gözləməli olur. Konqres Amerikanın mühacirət siyasətində dəyişiklik etmək üçün yolları araşdırsa da, düşünən beyinləri ölkədə saxlamaq haqda konsensus əldə etməyib.

XS
SM
MD
LG