Accessibility links

Pekin yanacaq qiymətlərinin bahalaşmasından narahatdır

  • Amerikanın səsi

Rəsmi Pekin iki ay müddətində benzinin qiymətini ikinci dəfə artırdıqdan sonra Çin qalxmaqda davam edən yerli neft qiymətlərinin sosial stabilliyi pozacağı barədə xəbərdarlıq edib. Hökumət bu həftənin əvvəlində benzinin qiymətini 6.5 faiz, dizel qiymətini isə 7 faiz artırdığını deyir. Bu, Çində ötən üç il müddətində ən böyük qiymət artımıdır. Çində pərakəndə yanacaq qiyməti mərkəzi orqanlar tərəfindən əsasən sosial stabilliyin qorunub saxlanılması üçün nizamlanır. Yanacaq qiymətinin bahalaşması ictimayyət tərəfindən mənfi qarşılanır. Xəbərə əsasən qalxmaqda davam edən neft qiymətləri son vaxtlarda dünyanın müxtəlif guşələrində etiraz aksiyalarına səbəb olub.

XS
SM
MD
LG