Accessibility links

Çin və Avropa Birliyi liderləri iki mühüm ticarət tərəfdaşı arasında yatırım axınının artırılması məqsədi daşıyan danışıqlara başlayıb.

Pekində bir günlük zirvə görüşündə danışan Avropa Şurasının prezidenti Herman Van Rompuy deyib ki, Çin-AB investisiya axını iki iqtisadiyyatın inteqresiyası ilə müqayisədə həddən artıq zəifdir. Onun sözlərinə görə, tərəflər investorların müdafiəsi razılığı ilə ikitərəfli yatırımların artımına nail ola bilər.

Avropa Birliyi istəyir ki, Çin hökuməti Çinə investisiya yatıracaq Avropa şirkətlərinin fəaliyyətinə hüquqi təminat yaratsın. Qurum habelə AB investorların Çin bazarına çıxış imkanlarını artırmaq istəyir.
XS
SM
MD
LG