Accessibility links

Pelozi demokratlardan ibarət nümayəndə heyəti ilə Kubaya səfər edib


Nümayəndələr Palatasında demokratların lideri Nensi Pelozi ABŞ Konrqesinin demokrat qanunvericilərdən ibarət nümayəndə heyəti ilə Kubaya səfər edir.

Keçən il ABŞ prezidenti Baraka Obama Kuba ilə münasibətlərin normallaşdırılması istiqamətində addım ataraq, kommunist ada ilə ticarət və səfərlərə qoyulmuş məhdudiyyətlərin aradan qaldırılacağını elan edib. Konqresdə qanunvericilərin bir hissəsi münasibətlərin normallaşdırılması istiqamətində bu addımları müsbət qarşılayıb.

Nensi Pelozinin ofsinin açıqladığı bəyanatda deyilir ki, nümayəndə heyəti Kubaya dostluq məramı ilə və prezident Obamanın elan etdiyi münasibətlərin normallaşması və başqa təşəbbüsləri əsas götürürək səfər edir.

“Nümayəndə heyəti ABŞ və Kuba arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində iş aparacaq və Konresdə çoxları tərəfindən illər uzunu xüsusilə də kənd təsərrüfatı və ticarət sahələrində apardığı işi əsas götürücək”-deyə bəyanatda bildirilir.

Konqresin hər iki palatasına nəzarət edən respublikaçlar ABŞ-ın Kubaya münasibətdə siyasətinin dəyişməsinə demokratlarla müqayisədə daha çox müqavimət göstərir.

Nensi Pelozinin başçılıq etdiyi nümayəndə heyəti Kuba hökumərinin rəsmiəri, Kuba katolik kilsəsinin kardinalı Ceymi Orteqa, communist partiyasının yerli liderləri və ABŞ-ın maraqlarını təmsil edən nümayəndəlikdə Amerika rəsmiləri ilə görüşəcək.

Prezident Obama və Kuba prezidenti Raul Kastro onun qardaşı Fidelin 50 ildən artıq vaxt əvvəl adada hakimiyyətə gəlməsindən sonra ilkdəfə olaraq iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində iş aparacaqlarını dekabrın 17-də elan etmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG