Accessibility links

Pənah Hüseyn: Böhran masası yaradılmalıdır [Video-müsahibə]


Pənah Hüseyn: Böhran masası yaradılmalıdır
please wait

No media source currently available

0:00 0:05:56 0:00

Pənah Hüseyn: Böhran masası yaradılmalıdır

Azərbaycanın keçmiş baş nazirinin Amerikanın Səsinə müsahibəsi

Azərbaycanın keçmiş baş naziri, Xalq Partiyasının sədri Pənah Hüseyn Amerikanın Səsinə müsahibəsində iqtidar-müxalifət görüşü, siyasi məhbuslar, seçki islahatları, iqtisadi böhran və çıxış yollarından danışıb.

Amerikanın Səsi: Fevralın 12-də Prezident Administrasiyasının nümayəndələri ilə bir sıra müxalifət partiyalarının liderləri iki aydan bir görüş keçirilməsi ilə bağlı razılığa gəlib. İki ay keçib, amma hələ görüş baş tutmayıb. Səbəbləri nədir?

Hələlik elə bir informasiya yoxdur.

Pənah Hüseyn: İki aydan bir görüşün keçirilməsi təklifi prezidentin köməkçisi, ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovdan gəlmişdi və təşkilatçılıq da onun şöbəsinin üzərindədir. Hələlik elə bir informasiya yoxdur. Ola bilər ki, bu gün, sabah görüşün lehinə və ya əleyhinə məlumat olacaq. Amma, indiyədək bir məlumat yoxdur. Məndə informasiya var ki, bəzi kontaktlar olub, təklif olunan məsələlər öyrənilir və yəqin ki, hansısa bir nəticə olacaq. Ümumən isə bu, hakimiyyətin proseslərə ciddi baxıb-baxmamasının nəticələrindən biridir.

Amerikanın Səsi: Bu görüşdə seçki islahatları və siyasi məhbuslarla bağlı məsələlərin müzakirəsi gözlənilirdi. Təklifləriniz nədir?

Onun da əsas başlıca şərti kimi bu görüşlərdə siyasi məhbusların qeydsiz-şərtsiz azad olunması məsələsi önə çəkilib.

Pənah Hüseyn: Ümumiyyətlə hazırkı prosesi əksər ekspertlər və biz dialoq adlandırmırıq. Bu dialoq mühitinin yaradılmasına xidmət edən addımlardır. Onun da əsas başlıca şərti kimi bu görüşlərdə siyasi məhbusların qeydsiz-şərtsiz azad olunması məsələsi önə çəkilib. Bu mövzudan kənarda 8 siyasi partiya birləşib, o cümlədənmənim rəhbərlik etdiyim partiya daxil olmaqla “Azadlıq-2015” seçki bloku 2015-ci il parlament seçkiləri kontekstindəseçki islahatları təklifini irəli sürüb. Böyük ehtimalla növbəti görüşdə seçki islahatları məsələsi müzakirə olunacaq.

Amerikanın Səsi: Təklifləriniz nədir?

Pənah Hüseyn: “Seçki Məcəlləsi”nə, yəni qanunvericilik sahəsində dəyişikliklərin aparılmasından tutmuş, siyasi razılaşmaların əldə olunmasına qədər geniş bir kompleksi əhatə edən təkliflərdir.

Amerikanın Səsi: Bir sıra mediada müxalifət partiya liderlərinin iqtidarla görüşünün özləri üçün parlamentdə deputat yeri əldə etmək arzusundan irəli getmədiyinibildirir. Münasibətiniz?

Lakin bu təyinatlı deputat mandatı əldə etmək kimi başa düşülməməlidir, bu siyasi proses kimi başa düşülməlidir.

Pənah Hüseyn: Açığı mən bunu o qədər də yüksək keyfiyyətli təhlil hesab etmirəm. Amma, əlbəttə ki, müxalifətin əsas vəzifələrindən biri seçkili orqanlara, konkret olaraq parlamentə düşməkdən ibarətdir. Bunun üçün həm islahatların aparılması, həm də müəyyən razılıqların olması, hətta hakimiyyət qüvvələri ilə müəyyən kompromislərin və sazişlərin olmasını da istisna eləmir. Lakin bu təyinatlı deputat mandatı əldə etmək kimi başa düşülməməlidir, bu siyasi proses kimi başa düşülməlidir. Bu ölkədə avtoritarizmdən demokratiyaya keçid məsələsinə xidmət etməlidir. Bu kontekstdə getməlidir. Ona görə də bəziləri ola bilsin bu cür düşünür və ya bu cür səmimi şəkildə təqdim olunur, amma bu həqiqətə uyğun olan, ciddi və təhlili deyil.

Amerikanın Səsi: Prezident Administrasiyasının bu danışıqlarda səmimiliyinə inanırsınızmı?

Hakimiyyət əlbəttə daha çox bundan imitasiya üçün istifadə etmək istəyir, müxalifət real nəyisə əldə etmək istəyir.

Pənah Hüseyn: Biz hesab edirik ki, hər halda istər iqtidar, istərsə də müxalifətin burada ortaq maraq və mənafelərivar. Hakimiyyət əlbəttə daha çox bundan imitasiya üçün istifadə etmək istəyir, müxalifət real nəyisə əldə etmək istəyir. Amma, prosesin gedişində nə isə ortaq bir həddə gəlmək mümkündür.

Amerikanın Səsi: Ölkədə iqtisadi və sosial durumla bağlı narahatedici bəyanatlar səslənməkdədir. Fikrinizcə siyasi məsləhətləşmələrlə yanaşı, sosial və iqtisadi sahələrdə də münasibətlərin müzakirəsi üçün görüşlər vacibdirmi?

Azərbaycanda fəlakət ssenarilərinin olması gözlənilən məsələdir.

Pənah Hüseyn: Cəmiyyətin rəyi əlbəttə nəzərə alınmalıdır və cəmiyyət geniş anlayışdır. Burada hakimiyyətə daxil olan ekspertlərin, o cümlədən ekspert olmayan siyasətçilərin rəyi və ictimai rəyə təsir edən amillər də (böhran bu məsələlərlə sıx şəkildə bağlıdır) öyrənilməlidir. Bu əsasən mütəxəssislər tərəfindən aparılmalıdır. Biz təklif edirik ki, böhran masası yaradılsın, yəni bu tipli bir qurum olsun. Burada məsələlər müntəzəm olaraq müzakirə olunsun, yəni bütün təkliflər nəzərdən keçirilsin. O cümlədən açıq-aydın yəni böhranla bağlı bizim regionda, o cümlədən Azərbaycanda fəlakət ssenarilərinin olması gözlənilən məsələdir. O baxımdan bəziləri də mütləqdir, olacaqdır. Böhranı tam aradan qaldırmaq mümkün deyil. Bunun təsirlərini yumşaltmaq üçün, bundan tez zamanda çıxmaq üçün mümkün qədər geniş müxtəlif sahələrdə ictimai dialoqa, mütəxəssislər arasında ünsiyyətə, toplantılara və bunun ictimailəşməsinə ehtiyac var.

Amerikanın Səsi: Siz müxalifətin hər hansı təklifləri ilə hökumətin hansısa islahata başlayacağına inanırsınızmı?

Bizim indiki iqtidar islahat hakimiyyəti deyil.

Pənah Hüseyn: Ümumiyyətlə bizim indiki iqtidar islahat hakimiyyəti deyil və fundamental hansısa islahat aparmasını gözləmək çox çətindir. Amma, konkret olaraq iqtisadi sahədə, xüsusilə maliyyə-iqtisadi sahədə vəziyyət elədir ki, müəyyən dəyişikliklər diktə edilir. Məsələn, mənim tərəfdar olduğum mövqe ondan ibarətdir ki, bizdə hazırda sürətlə məmur-oliqarx sisteminin dağıdılması üçün siyasi və iqtisadi hakimiyyətin bir-birindən mümkün qədər çox ayrılmasına nail olmaq lazımdır. Bu da hazırda ölkədəki iqtisadi sahələri qeyri-qanuni monopoliyada saxlayan məmurların vəzifədən uzaqlaşdırılması və bu yolla siyasi hakimiyyətin müstəqilliyinin artırılması prosesləri getməlidir. Bu avtoritar şəkildə də aparıla bilər. Məsələn, dövlət başçısı, Prezident Administrasiyası tərəfindən də addımlar atıla bilər. Müəyyən meyllər də görünür. Amma, əks konservativ instusiasiyanın saxlanmasının tərəfdarları daha güclü görünür.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG