Accessibility links

Pənah Hüseynin 7 qohumuna hökm oxunub


Pənah Hüseyn
Pənah Hüseyn

Dekabrın 14-də Sabirabad rayon Məhkəməsində (Bakıdan 176 kilometr cənub-qərb) müxalifət lideri, keçmiş baş nazir Pənah Hüseynin yeddi qohumunun məhkəməsi keçirilib.

Musavat.com saytının xəbərinə görə, hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlər son söz deyiblər.

Çıxış edən yeddi nəfərdən heç biri özünü təqsirli hesab etməyib. Onlar həmçinin məhkəmədən ədalətli qərar çıxarmasını istəyiblər.

Bu, siyasi təqibdir. Bu şəxslər mənim qohumum olduqlarına görə təqib edilir.
Pənah Hüseyn

Məhkəmənin qərarına əsasən, İxtiyar Sərxoşov 3 il müddətinə şərti cəza alıb. Digər altı nəfər isə 2 ilədək müddətə islah işləri ilə cəzalandırılıblar. Həmçinin qarşı tərəfdən Rəsul Dəmirov da 2 il müddətinə islah işləri ilə cəzalandırılıb.

Xatırladaq ki, məhkəməyə 2014-cü ilin avqustunda Hüseynin qohumları ilə qarşı tərəf arasında baş vermiş mübahisə səbəb olub.

Bu iş rayon polisində təhqiqat səviyyəsində araşdırılıb. O vaxt konkret olaraq kimə isə qarşı cinayət işi qaldırılmayıb. Yalnız 2015-ci il noyabrın 1-də keçirilən parlament seçkilərdən sonra məsələ ciddiləşib. Parlament seçkilərindən bir-iki gün sonra P.Hüseynin qardaşı, qardaşı oğlu və 5 əmisi oğluna xuliqanlıq maddəsi ilə cinayət ittihamı irəli sürülüb.

Hüseyn seçkilərdə Sabirabad rayonundan deputatlığa namizəd olub və seçkilərdə çoxsaylı qanun pozuntularının olduğunu iddia edib.

“Bu, siyasi təqibdir. Bu şəxslər mənim qohumum olduqlarına görə təqib edilir. Görünür, həbslər kimlərəsə lazımdır”, Hüseyn qeyd edib.

XS
SM
MD
LG