Accessibility links

“Məhkum ağzını tikib aclıq edir”- Penitensiar Xidmət təkzib edir


Həbs

Həbs

1 saylı cəzaçəkmə müəssisəsində məhbus Elşən Paşayev martın 2-də ağzını tikərək müddətsiz aclığa başlayıb. O cəzaçəkmə müəssisəsində təzyiqlərə və qeyri-insani rəftara məruz qalmasına etiraz edir. Bu barədə Amerikanın Səsinə məhbusun anası Lidya Mirzəliyeva məlumat verib.

“Oğlum öyrədilmiş məhbuslar tərəfindən fiziki, mənəvi təzyiqlərə, qeyri-insani rəftara məruz qalır. Durduğu yerdə oğlumu itələyirlər, üzünə tüpürürlər, təhqiredici söyüşlər söyürlər. İstəyirlər ki, oğlum onlara cavab versin və şərləyib cinayət işi qaldırsınlar”, o qeyd edib.

Elşən Paşayev Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə həbs edilib. O 12 il müddətinə məhkum edilib və cəzasının artıq 10 ilini çəkib.

Paşayev cəzasının çəkilməmiş hissəsindən azad edilməsi ilıə bağlı məhkəməyə müraciət edib. Onun müraciətinə fevralın 24-də baxılıb. Cəzaçəkmə müəssisəsi ona müsbət xarakteristika verməyib.

Lida Mirzəyeva oğluna qarşı ittihamın düzgün verilmədiyini deyir. Ölüxananın (Morq) kitabında həmin şəxsin spirtli içkidən vəfat etdiyi yazılıb. “Müxtəlif instansiyalara şikayətlər etmişəm. Şikayətim nəzərə alınmır”, o qeyd edib.

Öz növbəsində, Penitensiar Xidmət Amerikanın Səsinin sorğusuna cavabda bildirir ki, adı qeyd olunan məhkum aclıq aksiyası keçirməsi ilə bağlı müəssisə rəhbərliyinə ərizə ilə müraciıt etməyib.

“Məhkum Paşayev Elşənin fiziki durumu və sağlamlığı ilə bağlı problemi yoxdur və aclıq aksiyası keçirməsi barədə məlumatlar həqiqəti əks etdirmir”, cavabda qeyd edilir.

XS
SM
MD
LG