Accessibility links

Prezident seçilən Donald Tramp vitse-prezidentliyə nominasiya etdiyi Mayk Pensi keçid komandasının rəhbəri təyin edib. O, Nyu-Cersi qurbarnatoru Kris Kristini əvəz edəcək.

Trampın müşavirlərinin bildirdiyinə görə, Pensin təcrübəsi nəzərə alınaraq keçid dönəmi ona həvalə edilib.

Mayk Pens

Mayk Pens

Tramp bəyanatında onun Kristinin başlatdığı prosesi davam etdirəcəyini bildirib. Qubernator isə Pensin müavini kimi fəaliyyətini davam etdirəcək.

Kristinin adı 2013-cü ildən Nyu-Cersi ilə Nyu-York arasındakı əsas körpünün bağlanması ilə bağlı qalmaqalda hallanır. Məsələ onun iki yardımçısının məsuliyyətə cəlb edilməsi ilə yenidən baş qaldırıb. Kristi isə körpünün bağlanması ilə heç bir əlaqəsi olmadığını bildirir.

Trampın bəyanatı onun dünən Manhattandakı evində müşavirləri ilə grüşündən sonra açıqlanıb.

O, Twitter hesabında yazıb ki, biz yaxın zamanda hökuməti idarə edənlərlə bağlı mühüm qərarlarımızı açılayacağıq.

Show comments

XS
SM
MD
LG