Accessibility links

ABŞ-ın vitse-prezidenti Obamacare kimi tanınan səhiyyə planının əvəzlənməsinə dəstək toplayır


ABŞ-ın vitse-prezidenti Kentukki ştatının seçicilərini Obamacare kimi tanınan səhiyyə planının əvəzlənməsinə dəstək verməyə çağırıb. Mayk Pens deyib ki, Obamcare-in birdəfəlik dəyişdirilməsi və ya ləğvinə Konresdə hər bir respublikaçının səsinə ehtiyac var. O, Kentukkinin yardımına da böyük ehtiyac olduğunu vurğulayıb.

Nümayəndələr Palatasının respublikaçı üzvləri prezident Donald Trampın kampaniyası zamanı Obamacare kimi tanınan sağlamlıq sığortasını ləğv etmək və əvəzləmək barədə verdiyi vədinə əməl etməsinə kömək məqsədi ilə ilk ciddi addım atıb.

Plan Obamacare-də iki ən populyar qaydanı qoruyub saxlayacaq. Bu qaydalar mövcud xəstəlik səbəbi ilə sığorta şirkətlərinin xəstələri qəbul etməməsinin qarşısını alır və gənclərə 26 yaşlarınadək valideyinlərinin sığorta planlarında qalmaq imkanı verir.

Yeni qaydalar sığortadan imtina edənlərə vergi cəriməsi tətbiq edilməsini ləğv edir. Qərar həm də vergi kreditləri ilə yoxsulların müvafiq sığorta ilə təmin edilməsinə kömək edən gəlir subsidiyalarını əvəzləyir.

Yeni qanun layihəsinin opponentləri əvəzləyici planın 70 milyon aşağı gəlirli amerikalının Madicaid proqramının maliyyələşdirilməsinə mane olacağını deyir. 2020-ci ildən etibarən fondların maliyyələşdirilməsi məhdudlaşacaq.

Tənqidlərə baxmayaraq, prezident Tramp bu gün Twitter-də yeni qanunun irəliyə doöru istiqamət aldığını yazıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG