Accessibility links

ABŞ-ın Pensilvaniya ştatında Pittsburq şəhəri yaxınlığındakı məktəbdə şagirdlərdən biri sinif yoldaşlarından 19 nəfəri və bir böyük adamı bıçaqlayıb.

Rəsmilərin bildirdiyinə görə, bəzi məktəblər bıçaqlanma nəticəsində deyil, yaranmış panikada qaçmağa çalışarkən yaralanıb. Hadisə Pittsburq yaxınlığındakı Mürrisvill məktəbində baş verib.

Xəstəxananın nümayəndəsi yaralanan dörd şagirdin vəziyyətinin ağır olduğunu, bıçaq yaralarının ölümşül olmadığına inandıqlarını bildirib. Qarın nahiyəsi, sinə və arxa tərəfdən yaralanan yeddi şagirdin vəziyyəti də ciddidir.

Polis hadisəni törətməkdə şübhəli bilinən 16 yaşlı yeniyetmə oğlanın nəzarət altına alındığını bildirib.
XS
SM
MD
LG